» » “Azersun”dan qiymət artımı ilə bağlı -

“Azersun”dan qiymət artımı ilə bağlı - Açıqlama

Bölmə: Sosial, İqtisadiyyat, GÜNDƏM
“Azersun”dan qiymət artımı ilə bağlı -

“Azersun Holdinq”in istehsal etdiyi məhsullarda kütləvi qiymət artımı olmayıb.

Xalqinfo.az xəbər verir ki, bunu “Qafqzinfo”ya açıqlamasında “Azersun Holdinq”in rəsmisi Afiq Səfərov son günlər sosial şəbəkələrdə qiymət artımı ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirərkən deyib. A. Səfərov bildirib ki, onlara bir neçə gündür qiymət artımı ilə bağlı çoxlu suallar ünvanlanır: “Bildirirlər ki, “Cempion” çayının qiyməti bahalaşıb və ya başqa məhsulların adlarını çəkirlər. Hansı ki, o məhsulların heç birini “Azersun” istehsal etmir. Adıçəkilən məhsulların qiymətlərinin artıb-artmamasını deyə bilmərik, amma fakt budur ki, həmin məhsulları bizim şirkət istehsal etmir. Aidiyyatı üzrə müraciət etsinlər”.

A.Səfərov həmçinin qeyd edib ki, “Azersun Holdinq” daim Azərbaycanın ərzaq təhlükəsizliyi üçün layihələr hazırlayır: “Mövsümlə əlaqədar hər hansı məhsulda qiymət artımı, azalması müşahidə oluna bilər. Lakin bu hal kütləvi deyil. “Azersun”a qarşı dəfələrlə belə qara piar kampaniyaları olub. Bu da onlardan biridir”.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler