» » Nazarbayevin muzeyində “20 Yanvar”la bağlı sərgi keçirilib -

Nazarbayevin muzeyində “20 Yanvar”la bağlı sərgi keçirilib - Fotolar

Bölmə: Sosial, GÜNDƏM
Nazarbayevin muzeyində “20 Yanvar”la bağlı sərgi keçirilib -

Qazaxıstanın paytaxtı Astanada “Qara yanvar – müstəqilliyə doğru yol” adlı fotosərgi keçirilib. Azərbaycanın Qazaxıstandakı səfirliyi tərəfindən təşkil edilən sərgi bu ölkənin Birinci prezidenti Nursultan Nazarbayevin Kitabxanasının Muzeyində baş tutub.

"Xalqinfo" xəbər verir ki, sərgi Muzeyin “Mədəniyyət vasitəsilə dialoq” adlı beynəlxalq layihəsi çərçivəsində nümayiş olunub. Fotomateriallar “Azərtac” Azərbaycan dövlət informasiya agentliyi tərəfindən təqdim edilib. Fotosərgi 20 yanvar tarixinə kimi fəaliyyət göstərəcək. Tədbirdə ictimai-siyasi xadimlər, qeyri-hökümət təşkilatının nümayəndələri və diasporun fəalları iştirak edib.

Qazaxıstanın birinci prezidenti birinci prezidenti Nursultan Nazarbayevin Kitabxanasının Muzeyinin direktoru Beysinbay Jumabekov bildirib ki, bu tədbir bir daha onu göstərir ki, Qanlı Yanvar faciəsi qurbanlarının xatirəsi unudulmayıb.

Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov isə çıxışında vurğulayıb ki,bu tarix Azərbaycan xalqının mübarizə tarixində ən şanlı səhifələrdən biridir.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az
Nazarbayevin muzeyində “20 Yanvar”la bağlı sərgi keçirilib -
Nazarbayevin muzeyində “20 Yanvar”la bağlı sərgi keçirilib -
Nazarbayevin muzeyində “20 Yanvar”la bağlı sərgi keçirilib -
Nazarbayevin muzeyində “20 Yanvar”la bağlı sərgi keçirilib -
Nazarbayevin muzeyində “20 Yanvar”la bağlı sərgi keçirilib -

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler