» » Bibiheybət qəsəbə nümayəndəliyi hesabat verib

Bibiheybət qəsəbə nümayəndəliyi hesabat verib

Bölmə: Sosial
Bibiheybət qəsəbə nümayəndəliyi hesabat verib

Bibiheybət qəsəbəsində Səbail rayon İcra Hakimiyyəti başçısının Bibiheybət qəsəbə nümayəndəliyinin 2016-cı ilin yekunlarına həsr olunmuş illik hesabat yığıncağı keçirilib.

Xalqinfo.az “Qafqazinfo”ya daxil olan məlumata görə, rayon rəhbərliyi, təsərrüfat xidmətlərinin nümayəndələrinin və qəsəbə sakinlərinin iştirakı ilə keçirilən toplantıda 2016-cı il ərzində Bibiheybətdə həyata keçirilən işlərə yekun vurulub, qarşıda duran vəzifələr müzakirə olunaraq növbəti il üçün konkret tədbirlər müəyyənləşdirilib.

Yığıncaqda hesabat məruzəsi ilə çıxış edən Səbail rayon İcra Hakimiyyəti başçısının Bibiheybət qəsəbəsi üzrə nümayəndəsiŞahin Ağayev bildirib ki, qəsəbədə hazırda 2345 nəfər əhali yaşayır, burada həmçinin 372 nəfər məcburi köçkün məskunlaşıb.

Yığıncaqda çıxış edən Səbail rayon İcra Hakimiyyəti Başçısının müavini Eldar Ağayev 2016-cı ildə rayonda görülən işlər və həyata keçirilmiş sosial yönümlü layihələr barədə məlumat verib.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler