» » Qalmaqallı direktor barədə - Məhkumluq həyatı var imiş

Qalmaqallı direktor barədə - Məhkumluq həyatı var imiş

Bölmə: Sosial, DÜNƏNDƏN-BUGÜNƏ, BLOK XƏBƏR, MANŞET, GÜNDƏM
Qalmaqallı direktor barədə - Məhkumluq həyatı var imiş

Şəmkirdəki Aşağı Seyfəli kənd məktəbinin direktoru Akif Namazovla məktəbin keçmiş laborantı Xatirə Əliyeva arasında yaşanan qalmaqalla bağlı yeni detallar açıqlanıb.

Açıqlanan sonuncu məlumatda direktorun əvvəllər məhkumluq həyatı yaşaması barədə məlumatlar ortaya çıxıb. Qalmaqalla bağlı mətbuatda tez-tez yeni məlumatlar açıqlansa da, Şəmkir rayon Təhsil Şöbəsi tərəfindən aparılan araşdırmalar hələ ki, nəticə verməyib.

Xalqinfo.az xəbər verir ki, şöbənin İctimaiyyətlə əlaqələr üzrə məsul şəxsi Kənan İbrahimov Publika.az-a açıqlamasında araşdırmaların davam etdiyini deyib. Direktorun əvvəl məhkumluq həyatı yaşamasının onun fəaliyyətinə təsirinə gəldikdə, o, bu barədə təhsil şöbəsində məlumat olduğunu deyib: “Akif Namazovun məhkumluğu uzun illər əvvələ təsadüf edib. Bildiyimiz qədərilə həmin həbs onun yazıları ilə bağlı olub. Direktor təyin edilərkən onun pedoqoji fəaliyyətinə baxılıb. Lakin əvvəl məhkum edilmiş şəxsin direktor işləməsinə qadağan olması barədə məlumatımız yoxdur”.

Məsələ ilə əlaqədar Şəmkir rayon Təhsil Şöbəsinin müdiri ilə əlaqə saxlamağa çalışdıq. Lakin onunla danışmağımız mümkün olmadı.

Şəmkir İcra Hakimiyyəti Başçının müavini, İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Məleykə Əlizadə yaşanan qalmaqala münasibət bildirməkdənsə, Təhsil Nazirliyinin rəsmi açıqlamasını gözləməyimizi məsləhət gördü: “Ötən gün Təhsil Nazirliyinin rəsmi nümayəndəsi məktəbdə olub. Bütün məlumatlar toplanıb. Biz nazirliyin mətbuat xidmətindən rəsmi cavab gözləyirik. Yayılan məlumatlara çox da etibar etmək olmaz”.

99 saylı Şəmkir kənd seçki dairəsinin deputatı Sona Əliyeva məsələ ilə bağlı Təhsil Nazirliyinin araşdırma apardığını deyib: “Onların araşdırmasına uyğun olaraq məsələ həllini tapacaq. Həmin kənd mənim ərazimə düşməsə də, Təhsil şöbəsinin müdiri ilə əlaqə saxlayıb, son məlumatları almışam. Lakin mən kimin haqlı və haqsız olduğunu bilmirəm. Məlumatları internetdən oxumuşam və hələ ki, yekun qərar verilməyib”.

100 saylı Şəmkir - Daşkəsən seçki dairəsindən millət vəkili seçilmiş Kamran Bayramovla əlaqə saxlamağa çalışsaq da, telefonlara cavab vermədiyinə görə onun mövqeyini öyrənə bilmədik.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler