» » Avtobuslarda hardan tutaq? -

Avtobuslarda hardan tutaq? - BNA-dən açıqlama

Bölmə: Sosial, MANŞET
Avtobuslarda hardan tutaq? -

Şəhərətrafı marşrut xətlərində hərəkət edən avtobuslarla bağlı redaksiyamıza tez-tez şikayət daxil olur.

Xalqinfo” xəbər verir ki, bu dəfə sakinlər 131 nömrəli marşrut avtobuslarının içində tutacaqların olmasından gileylənir:

“Oturacaqlar üzləndiyi üçün kənarlarında tutmaq üçün yer qalmayıb. Başqa bir tutacaq olmadığı üçün də uşaqlar, elə böyüklərin özləri də avtobus hərəkətdə olarkən tez-tez büdrəyir və yıxılır”.

Məsələylə bağlı Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayevlə əlaqə saxladıq.

Avtobuslarda hardan tutaq? -














O bildirib ki, Nazirlər Kabinetinin 141 saylı qərarına əsasən avtobusların daxili tərtibatı ilə bağlı qanunvericilikdən irəli gələn tələblər var və bu tələblərlə bağlı daşıyıcı şirkətlərər dəfələrlə xəbərdarlıq edilib:

“Əsas problem ondan ibarətdir ki, bugünkü gündə daşıyıcı şirkətlərin çoxunun yeni avtobus almaq üçün maddi imkanı yoxdur. Həmin daşıyıcılara da müəyyən müddətlik vaxt verilib ki, heç olmasa avtobusların daxilində lazımı tələblər yerinə yetirilsin. Sərnişinlərin təhlükəsizliyi baxımından heç kimə güzəşt edə bilmərik. Tapşırıq verilib ki, qısa zamanda ya yeni avtobuslar gətirilsin, ya da mövcud avtobuslarda tutacaqlar qoyulsun, oturacaqlar üzlənsin. Bu kimi hallarla bağlı həm sosial şəbəkələrdə, həm də “141” qaynar xəttinə şikayətlər daxil olur. Biz də çalışırıq ki, qısa müddətdə həll edək. Sizin dediyiniz 131 nömrəli marşrut avtobusunun daşıyıcı şirkəti ilə də əlaqə saxlayıb, problemi həll etməyə çalışacağıq”.(qafqazinfo)


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler