» » Qarabağ əlilləri və şəhid ailələrinə ev verildi -

Qarabağ əlilləri və şəhid ailələrinə ev verildi - Foto

Bölmə: Sosial
Qarabağ əlilləri və şəhid ailələrinə ev verildi -

Yanvarın 11-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Lənkəran rayonunda inşa olunmuş 9 fərdi yaşayış evi Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin istifadəsinə verilib.

Xalqinfo” xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə nazirliyin, Lənkəran Şəhər İcra Hakimiyyətinin, ictimai təşkilatların və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edənlər bildiriblər ki, nazirlik tərəfindən ötən il respublikanın şəhər və rayonlarında 288 nəfər Qarabağ müharibəsi əlili və şəhid ailəsi mənzillə təmin olunub.

Daha sonra yeni fərdi yaşayış evlərinə baxış keçirilib. Evlərdə müasir tələblərə uyğun yaşayış şəraiti yaradılıb. Yeni istifadəyə verilmiş mənzillərdən 3-ü Qarabağ müharibəsi əlillərinə, 6-sı isə şəhid ailələrinə təqdim olunub.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

Qarabağ əlilləri və şəhid ailələrinə ev verildi -
Qarabağ əlilləri və şəhid ailələrinə ev verildi -

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler