» » “Maaşlar, pensiyalar yenə də artmalıdır” - Əliyev

“Maaşlar, pensiyalar yenə də artmalıdır” - Əliyev

Bölmə: Sosial, BLOK XƏBƏR, MANŞET, GÜNDƏM
“Maaşlar, pensiyalar yenə də artmalıdır” - Əliyev

Xəbər verdiyimiz kimi yanvarın 10-da Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib. “Xalqinfo” xəbər verir ki, dövlət başçısı iclasda giriş nitqi söyləyib.

Prezident bildirib ki, 2016-cı ildə Azərbaycan öz inamlı inkişafını davam etdirib, təhlükəsizlik tədbirləri təmin olunub, xalq sülh, əmin-amanlıq şəraitində yaşayıb. Ötən il ölkə qarşısında duran öhdəliklər yerinə yetirilib, neftin qiymətinin aşağı düşməsi fonunda böhrandan çıxış yolu tapılıb:

“Dünyada və bölgədəki təhlükəli proseslərə fikir versək görərik ki, Azərbaycan öz yoluna sadiqdir, müstəqil inkişaf yoluyla gedir. Çalışacağıq ki, ölkəmizi, xalqımızı mümkün risklərdən qoruyaq. Artıq tarix və ətrafdakı hadisələr göstərir ki, bizim keçdiyimiz yol yeganə düzgün yoldur.

Qəbul edilən qərarlar nəticəsində qeyri-neft sektorunun inkişafı diqqət mərkəzində olacaq. Təsadüfi deyil ki, ötən il neftin qiyməti 3-4 dəfə aşağı düşsə də, ümumdaxili məhsul azalsa da, qeyri-neft sənayesində 5, kənd təsərrüfatı sahəsində 2,6 faiz artım müşahidə olunub. Bax, bu iki rəqəm deməyə əsas verir ki, bu çətin və böhranlı şəraitdən şərəfli çıxa bildik. Artıq görülmüş və görüləcək işlər bu dinamikanı gücləndirəcək.

Ötən il qarşıda duran əsas məsələlərdən biri də valyuta ehtiyatlarının qorunması idi ki, buna da nail olunub.

Sosial məsələlərin həlli diqqət mərkəzində olub. Ötən il maaşlar 7, pensiya 8 faiz artıb və yenə də artmalıdır”.

Dövlət başçısı ötən il cəbhədə yaşanan gərginliyə də diqqət çəkib:

“Aprel döyüşləri bizim həm parlaq qələbəmizdir, həm də gücümüzü göstərdi. Göstərdi ki, biz bu vəziyyətlə barışmayacağıq. İllər boyu ermənilər tərəfindən yaradılan mif darmadağın edildi. Onlar özləri də etiraf edirlər ki, xarici yardım olmasa bir həftə ərzində bizim qabağımızda dura bilməyəcəklər”.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az



Digər maraqlı xəbərlər Xalqinfo.az-ın Facebook səhifəsində

Şərh Yaz
ŞƏRH(1)

Həzrətqulu Ahmədov 10 yanvar 2017 21:09
Prezidentimiz Ilham Aliyev cənablarının işlasdakı çıxışı, tələb və təklifləri reallıqı bir daha təsdiq edir. Ölkədəki sabitlik və inkişaf alqışlanmalıdır. Cari 2017 ildə də bu sabitlik və əmin - amanlıqdan səmərəli və məqsədli istifadə olunarsa, xüsusilə kənd təsərrüfatında artım daha yüksək olar. Daqlıq və daqətəyi kəndlərdə kənd təsərrüfatının inkişafı sahəsinə pay torpaq sahiblərinin iri kooperativlərdə pay hüququ ilə birləşmələri və onların kəndtexniki təminatını asanlaşdırar, məhsuldarlıq isə daha yüksək olar.
Çit          1

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler