» » “Azəriqaz”dan şok qərar - köhnə borc yeni tariflə hesablanır

“Azəriqaz”dan şok qərar - köhnə borc yeni tariflə hesablanır

Bölmə: Sosial, BLOK XƏBƏR, MANŞET
“Azəriqaz”dan şok qərar - köhnə borc yeni tariflə hesablanır

Yanvarın 1-dən etibarən istifadə etdikləri qaza görə borcunu ödəmək istəyən, köhnə sayğaclarını yeni smart tipli sayğaclarla əvəz etmək istəyən sakinlər “sürprizlə” qarşılaşıblar.

Xalqinfo” aznews.az-a istinadən xəbər verir ki, borclarını ödəmək üçün “Azəriqaz” İstehsalat Birliyinin Babək prospektində yerləşən «Azqazservis»-ə yollanan sakinlərdən bir neçə ay və ya il bundan əvvəl istifadə etdikləri qaza görə ödəməni yeni tariflə (istifada olunan qazın 1700 kubmetri 10 qəpikdan qalanı isə 20 qəpik olmaqla) ödəmək tələb olunub.

Sayta açıqlama verən “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayev bu məsələdə heç bir qanun pozuntusunun olmadığını bəyan edib:

“Söhbət ondan gedir ki, nə vaxt istifadə olunmasından asılı olmayaraq istehlakçının ödəmə etdiyi tarixdən satış həyata keçirilir. Yəni, istehlakçı istifadə etdiyi qaza görə borcunu dekabr ayında ödəsəydi köhnə tariflə hesablanacaqdı. Ödəməni gecikdirib yanvar ayında etdikləri üçün yeni tariflə ödəməyə məcburdurlar.”

Hüquq müdafiəçisi Adəm Məmmədov belə bir faktla “Azəriqaz”-ın abunəçinin hüquqlarını kobud şəkildə pozuduğunu qeyd edib:

“Azərbaycan qanunvericiliyində belə bir bənd yoxdur. Borc yığılan illərdə hansı qanunvericilik qüvvədə olubsa, abunəçi də həmin qanunun tələbinə uyğun ödəmə aparmalıdır. Belə halla rastlaşan vətəndaşlar mütləq məhkəməyə müraciət etməlidirlər.”


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az



Digər maraqlı xəbərlər Xalqinfo.az-ın Facebook səhifəsində

Şərh Yaz
ŞƏRH(1)

Doktorant Ahmədov 10 yanvar 2017 21:37
Heç bir məkanda belə hallara təsadüf olunmur. Azərbaycanda da qanun 01 yanvardan qüvvəyə minibsə, 01 yanvardan 31 dekabradək olan dövrə şamil edilə bilər. Qanun ötən illərə şamil oluna bilməz. Ötən illərdən qaz pulu borcu olanlar imkansız, az maaş və ya pensiysı az olan ziyalılar, işsiz kasıblardır. Bizim kimi elə imkanzızların əksəriyyəti artıq qənaət rejiminə keçib, hamı bir otaqda yatırlar ki, borclarını ödəsinlər. Yeni borcları yıqılmasın. Eksəriyyət qonşular təmamilə qazdan imtina edib, başqa yanacaqa keçmək barədə düşünürlər. Birdə bu böyük günah olar. Bəlkə elə bu cürə günahların nəticəsidir ki, allah hamını iqtisadi böhranla üz - üzə qoyub. Hər şey aıtlaşır və bahalaşır. Şəxsən mən bir təcrübəli v dünyagörüşlü Menecer, Iqtisadiyyat Magistri və elmi Tədqiqatçı Doktorant olaraq hesab efirəm ki, hökümətimizin həmin hümanist qərarı ilə təsfiq olunmuş qiymət artımı 01 yanvardan sonra istehlak olunan (yandırılan) təbii qaza aiddir ki, onun üçün də qaz nəzarətçiləri ötən ilin sonuna kimi istehlakçıların qüvvədə olan qiymətlərlə aldıqları qazın fəyər borcunu 01.01.2017 il vəziyyətinə şəxsi abonent hesablarında yrrləşdirib, sahiblərinə çekləri də paylayıblar. Indi bundan sonra həmin hesablara müdaxilə edib, borcları süni artırmaq isə ən azı yol verilməz günah və qanunsuzluqdur.
Çit          1

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler