» » ATV-dən Azərin “Yoxlama”sı ilə bağlı - Açıqlama

ATV-dən Azərin “Yoxlama”sı ilə bağlı - Açıqlama

Bölmə: Sosial, BLOK XƏBƏR, MANŞET
ATV-dən Azərin “Yoxlama”sı ilə bağlı - Açıqlama

“ATV” telekanalı “Yoxlama” verilişi ilə bağlı yayılan informasiyaya aydınlıq gətirib.

Xalqinfo.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Azad Azərbaycan Teleradio Yayım Kompaniyası olaraq ictimaiyyətə bəyan edirik ki, kanalımızda yayımlanan “Yoxlama” verilişinin ətrafında qoparılan növbəti süni və saxta hay-küy tamamilə əsassızdır:

"Həmçinin məlum məktəb rəhbərliyi tərəfindən fəaliyyətlərindəki nöqsanların ifşasının qarşısını böhtan atmaqla örtməyə çalışmaqdan başqa bir şey deyil. Dəyərli Azərbaycan ictimaiyyətinə müraciət edir və bildiririk ki, 10 yanvar tarixində, saat 23:00-da ATV kanalında "Yoxlama" verilişinin sözügedən buraxılışını izləyərək, məlum iddiaların nə qədər əsassız və yersiz olduğunu öz gözləri ilə görə bilərlər.

Bizim məqsədimiz yalnız və yalnız övladlarının sağlam və gigiyenik qidalanmasını arzulayan valideynlərin müraciətlərinə əsasən sadə yoxlama aparmaq idi. Yoxlamanın nəticəsini isə özünüz yanvarın 10- u, 23:00 –da görəcəksiniz".




Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler