» » Bakıda 3 uşaqlı ailə parkda yatır

Bakıda 3 uşaqlı ailə parkda yatır

Bölmə: Sosial
Bakıda 3 uşaqlı ailə parkda yatır

Bakıda bir ailə 3 azyaşlı uşağı ilə parklarda gecələməyə məcburdur. ANS TV-nin məlumatına görə, 5 nəfərlik Sayadovlar ailəsi Füzuli parkı artıq 8 gündür ki yaşayış məskənidir. Gəlir əldə edə bilmədiyi üçün 3 azyaşlı uşağı və həyat yoldaşı ilə birlikdə küçədə qalmağa məcbur olan 55 yaşlı Tarverdi dayı vəziyyəti ilə bağlı heç kimə müraciət etmədiyini deyir.

8 gecədir parkdakı oturacaqlarda gecələyən ailə daha çox 3 azyaşlı uşağından narahatdır. 6 yaşlı Əfsanə, 2 yaşlı Fatma və 3 aylıq Miryusif bir neçə gündür daş üstündə yatır. Ailə başçısı övladlarının bu cür vəziyyətə tap gətirməyəcəyindən narahatdır.

1-cı qrup gözdən əlil olan ailənin xanımı Leyla heç bir çətin vəziyyətə baxmayaraq övladlarını atmaq istəmədiyini və onlara hər bir şəraiti yaratmaq istədiyini deyir. Lakin gözləri normal görməyən ananın əlindən səbr edib gözləməkdən başqa heçnə gəlmir. Ailənin qida ilə təminatına gəlincə ailə başçısı yeməyi sakinlərin verdiklərini deyir.

Vərəm xəstəsi olan Tanrıverdi dayının indi bütün ümidi kiminsə onlara rəhm edib kömək əlini uzatmasıdır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler