» » Azərbaycanda 16 əcnəbi qanunsuz ova görə saxlanılıb

Azərbaycanda 16 əcnəbi qanunsuz ova görə saxlanılıb

Bölmə: Sosial
Azərbaycanda 16 əcnəbi qanunsuz ova görə saxlanılıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşları “Ovçuluq haqqında” qanunun tələblərinə əməl olunması vəziyyətinin araşdırılması, qanunsuz ov edilməsi hallarının qarşısının alınması məqsədilə respublika ərazisində mütəmadi olaraq reydlər keçirir.

Xalqinfo”nun nazirliyə istinadən məlumatına görə, 2016-cı ildə keçirilən reydlər zamanı qanunsuz ovla məşğul olan 213 yerli vətəndaş saxlanılaraq onlardan 193 ov tüfəngi, 632 patron götürülüb.

Beyləqan, İmişli, Hacıqabul, Biləsuvar, Xızı, Xaçmaz və Quba inzibati rayonlarında və “Ağgöl” Milli Parkında qadağan olunmuş alətlərlə (tələ, cələ, ilgək) qanunsuz ov edən Birləşmiş Ərəb Əmirliklərinin, Türkiyə, Pakistan, İraq və Suriya Respublikalarının 16 vətəndaşı saxlanılıb.

İnzibati xəta törətmiş yerli və əcnəbi qanun pozucuları barəsində protokollar tərtib edilib, ümumilikdə 200 nəfər inzibati qaydada 193317 manat məbləğində cərimələnib. Xarici vətəndaşların ov aləti kimi istifadə etdikləri quşlar götürülərək təbiətə buraxılıb və 29 fakt üzrə qanun pozucularının şəxsiyyətlərinin müəyyənləşdirilməsi üçün aidiyyəti rayon polis orqanlarına müraciət edilib.

Qanunsuz ov edən xarici vətəndaşların ölkə ərazisindən çıxarılması (deportasiya) və gələcəkdə Azərbaycan Respublikasına buraxılmaması üçün Dövlət Miqrasiya Xidmətinə məktub göndərilib.

Qanunsuz ov hallarının qarşısının alınması məqsədilə reydlər davam etdirilir.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az



Digər maraqlı xəbərlər Xalqinfo.az-ın Facebook səhifəsində

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler