» » ANS-dən cinayət işi ilə bağlı - AÇIQLAMA

ANS-dən cinayət işi ilə bağlı - AÇIQLAMA

Bölmə: Sosial, BLOK XƏBƏR, MANŞET
ANS-dən cinayət işi ilə bağlı - AÇIQLAMA

ANS Şirkətlər Qrupu rəhbərlik barəsində cinayət işinin açılması məsələsinə münasibət bildirib.

Xalqinfo.az istipress-ə istinadən xəbər verir ki, bu barədə Şirkətlər Qrupunun ictimaiyyətlə əlaqələr üzrə müşaviri Mais Məmmədov açıqlama verib.

O bildirib ki, ANS-in vəzifəli və rəhbər şəxsləri barədə cinayət işi açılmayıb və onların ölkəyə giriş-çıxışına heç bir məhdudiyyət yoxdur.

Mais Məmmədov bildirib ki, prokurorluq orqanları ilə bir daha əlaqə saxlanılıb və onlar həqiqətən də ANS-in vəzifəli şəxsləri barədə cinayət işinin olmadığını təsdiqləyiblər.

M.Məmmədov bu mövzuda məlumat yayan mənbələri belə həssas məsələlərdə ehtiyatlı olmağa, hər hansı spekulyasiyaya yol verməməyə çağırıb.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler