» » Evini Azərbaycan bayrağının rənglərinə bürüdü -

Evini Azərbaycan bayrağının rənglərinə bürüdü - Fotolar

Bölmə: Sosial
Evini Azərbaycan bayrağının rənglərinə bürüdü -

Goranboy rayon sakini Qaryağdı Həsənov dövlət rəmzimiz olan üçrəngli bayrağa sevigisini qeyri-adi formada nümayiş etdirib.

Xalqinfo” “Report”a istinadən xəbər verir ki, o, Tatarlı kəndində inşa etdirdiyi evi üçrəngli Azərbaycan bayrağına bürüyüb.

Ev tikilib ərsəyə gəldikdən sonra Qaryağdı Həsənov onu göy, qırmızı, yaşıl rəngə boyatdıraraq üzərinə Ay-ulduz şəkli çəkdirib. Hündür ərazidə tikilən ev qonşu kəndlərdən də görünərək diqqət çəkir.

Q.Həsənov ikimərtəbəli evin inşasına 2016-cı ildə başlayıb. Tikinti işləri sürətləndikdən sonra arzusunu reallaşdırıb. 2 otaqdan, 1 eyvandan ibarət olan görünüşlü evin 2-ci mərtəbəsində hələ ki, işlər yekunlaşmayıb.

Cəbhə rayonu olan Goranboyun Tatarlı kəndində tikilən evə Q. Həsənov 5 min manatdan çox xərc çəkib. O, gələcəkdə evin dam örtüyünü də göy, qırmızı yaşıl rəngli keramika ilə örtəcəyini deyib.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az



Digər maraqlı xəbərlər Xalqinfo.az-ın Facebook səhifəsində

Evini Azərbaycan bayrağının rənglərinə bürüdü -
Evini Azərbaycan bayrağının rənglərinə bürüdü -
Evini Azərbaycan bayrağının rənglərinə bürüdü -

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler