» » Övladına tüpürmək...

Övladına tüpürmək...

Bölmə: Sosial
Övladına tüpürmək...

Raminə Eyvazqızı

Sizi bilmirəm, mən o övladını geri almaqda mübarizəyə girişən atadakı istəyin səmimiyyətinə heç inanmadım. Atalar qızlarını başqa cür sevirlər. Belə deyirlər. Görünür bu fikir də qız uşağına düşkün olan bir yaxşı atanın dilindən çıxmış və ümumiləşmiş fikirdir. Nurayın atası həkimdir. Özü də, anestezioloq. İnsanları süni yatırdan, onların cərəyanını həyatdan ayıran, qısa müddət də olsa dünyadan təcrid edən insan. İş yoldaşları deyir, yaxşı həkimdir. Amma yaxşı həkim yaxşı insan, yaxşı ata olmaq deyilmiş. O ötən günlərdə öz qanından olan ovladına nəfəslik də vermədi, hətta ona elə bir görünməyən narkoz verdi ki, qızcığaz hələ də ətrafının "yazıq uşaq" təsəllisi, sığalı altında özünə gəlməyib. Yəqin "ata" vaxtiylə Tibb Universitetində oxuyanda psixologiya dərslərini ötürübmüş.

Nurayın atasının adını çəkməyəcəm. Nuray dağılmış ailə nəticəsində əziyyət çəkən uşaqlardan yalnız biridir. Onun atası davranışında saysız kişilər var ətrafımızda. Biri də mənim yaxınımın ailəsində var. Qız övladını hər bayramda qürbətdən başqa qadın qucağından salamlayır, uşağa "ata bayramda gələcək" vədini verir, sonra aldadır və biz ailəliklə uşağın aldığı travmanın dalınca düşürük...

Nurayın atası övlad sevə bilmir, elə insanlar var ki, onlar heç insan sevə bilmir. Allah da bunu belə yaradıb da. İkiayaqlıdan olsa da, özündən olana duyğusu sıfırdır. O həkimin başdan ayağa davranışlarında sevginin "s" hərfinin də fərqinə vara bilmədim. Çoxu bu "ata"nın uşağına yaşatdığı psixoloji zorakılqdan danışır, onu daşlayır. Amma bu insanın keçmiş həyat yoldaşı haqqında, ağır xəstəlikdən dünyasını dəyişmiş qadınına qarşı işlətdiyi kəlmələr belə adamın qanını dondurur. Bəli, artıq alimlər də sübuta yetirib ki, şiş xəstəliklərinin çoxu ağır stress, psixi travmalardan meydana gələ bilir, yaxud bu xəstəliyin gedişatını sürətləndirir. Nədənsə o bədbəxt qadının bu əzabları çəkdiyinə çox inanıram. Xəstə qadının həkim kimi başında durmalı olan kişi bu gün torpaq altında olan qadının qarasınca danışır. Toy kaseti haqqında təəssüratlarını, keçmiş arvadının yaxınlarının indi heç kəsə gərək olmayan çatışmazlığını dilə gətirir. Adam xəcalət çəkir.

Övladı belə sevmirlər, hörmətli həkim. Ona ən azı ölmüş anasının yadigarı, xatiri üçün belə zərbə vurmurlar.

Nurayı əldə etmək istəyi bir "ata" intiqamından başqa şey deyil. Bu gün məhkəmələrdə anasının intiqamını balasından alan o qədər kişilər var ki. Gözünü kin- küdürət kor edir, onun tək məqsədi uşaqla qisasını alıb, qarşı tərəfə dağ çəkdirməkdir. Hətta bunun üçün maşınını satan "kişilər" var. Bilirsiz niyə.

Nurayın həkim atasının belə bir cümləsi var :"Qızımı verməsələr, Dağıstana köçüb gedəcəm". Özünün başqa arvadı, uşağı olan insan deyir bunu. Gedəcəkdinsə, bu boyda "övlada məhəbbət" dramını niyə göstərirdin ki? Get atalığını başqa diyarlarda et, eqoist həkim!


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler