» » Maşını heç vaxt Bakıda olmayıb, amma radara düşüb -

Maşını heç vaxt Bakıda olmayıb, amma radara düşüb - Video

Bölmə: Sosial
Maşını heç vaxt Bakıda olmayıb, amma radara düşüb -

Naxçıvan Muxtar Respublikasnının Culfa rayon sakini İlqar Abdullayev Bakıda radara düşməsi barədə protokol alıb.

Xalqinfo”nun xezerxeber-ə istinadən məlumatına görə, sürücü isə iddia edir ki, onun avtomobili heç vaxt paytaxtda olmayıb. Bəs radara kim düşüb və bu sürücüyə yazılan cəriməni kim ödəməlidir?

Protokola əsasən, sürücü keçən ilin yanvar ayının 11-də Bakıda qayda pozuntusuna yol verib.

İlqar Abdullayev bununla bağlı Naxçıvan Dövlət Yol Polis İdarəsinə müraciət edib. Ordan bildiriblər ki, sözügedən qayda pozuntusunu onun avtomobili yəni 85-BS-835 yox, 85-BS-935 dövlət nömrə nişanlı avtomobil pozub. Bununla bağlı isə Baş Dövlət Yol Polis İdarəsinə müraciət etməlidir.

Baş Dövlət Yol Polis İdarəsinin Şöbə rəisi Kamran Əliyev məsələni araşdırdıqdan sonra, həqiqətən də işıqforun qırmızı işığında İlqar Abdullayevin yox, 85-BS-935 dövlət nömrə nişanlı avtomobilin keçdiyini müəyyən edib. Şöbə rəisi bildirib ki, radarın nömrə tanıma sistemində texniki səhv olub və radarın cəriməsi digər avtomobilə yönləndirlib.




Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler