» » Atası vəhşicəsinə qızını sürüyərək məcbur xalasından alır - Nurayın fəryadı + Video

Atası vəhşicəsinə qızını sürüyərək məcbur xalasından alır - Nurayın fəryadı + Video

Bölmə: Sosial, BLOK XƏBƏR, MANŞET
Atası vəhşicəsinə qızını sürüyərək məcbur xalasından alır - Nurayın fəryadı + Video

Sosial şəbəkələrdə 10 yaşlı Nurayla bağlı video geniş müzakirələrə səbəb olub. "Xalqinfo" xəbər verir ki, görüntülərdə Nurayı illər əvvəl anası ilə birgə tərk edən atasına məcburi verilməsi yer alıb.

Kadrlardan görünür ki, Nurayı xalasından zorla ayırmaq istəyirlər. Məhkəmə icraçıları onun azyaşlı olmasını belə nəzərə almır.

Artıq minlərlə sosial şəbəkə istifadəçisi ürək ağrısıyla qızcığazın fəryadını əks etdirən videonu paylaşıb. Onların arasında millət vəkili Qənirə Paşayeva da var. O da digərləri kimi sözügedən kadrları sona qədər izləyə bilmədiyini qeyd edib:

"Neçə dəqiqədir özümə gələ bilmirəm. Lütfən,uşaqlarla belə davranmayın. Təcili olaraq rayonun bu məsələyə aidiyyatı olan rəsmi qurumları, Ombudsman İnstitutu,Ailə, Qadın və Uşaq Probemləri üzrə Dövlət Komitəsi bu məsələ ilə bağlı ciddi araşdırma aparmalıdırlar. Videoya sona qədər baxa bilmədim. Şəxsən bir millət vəkili olaraq, bir insan olaraq mən də maraqlanacam bu uşağın taleyi ilə.Uşağın fəryadı hələ də qulaqlarımdan getmir.Lazımı tədbirlərlə yanaşı ailə məsələləri,uşaq hüquqları və.s ilə bağlı ciddi maarifləndirmə proqramları artmalıdır. Bəsdir artıq televiziyalarda çalıb-oynamaq... Maarifləndirmə istiqamətində ciddi proqramların artmasına ehtiyac var ki bu cür mənzərələr ürəkləri dağlamasın".





Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz
ŞƏRH(1)

Emin Aliyev 7 yanvar 2017 10:41
Hörmətli Qənirə xanım! Yaxşı olardı ki, mənim sizin əminiz qızı ilə birgə nigahdan doğulmuş Ömər Əliyevin uzun illərdir atası ilə görüşdürtməyən qohumlarınıza məhkəmə qərarlarının nə olduğunu başa salasınız. Çünki mənimdə övladımla görüşümlə bağlı Ali Məhkəmənin bir neçə Qərarı mövcuddur və icrası Abşeron rayon İcra şöbəsindədir. Odurki, mənimdə illərdir övladımla görüş hüququmun pozulduğundan yaxın münasibətdə olduğunuz əmiqızın tərəfindən bərpasına köməklik göstərəsiniz.
Çit          1

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler