» » Mən Hadı Rəcəbliyə inanıram...

Mən Hadı Rəcəbliyə inanıram...

Bölmə: Sosial
Mən Hadı Rəcəbliyə inanıram...

Nərmin Dadaşova

Salam, sevgili oxucu. Ümid edirəm yaxşısan, əynin qalın, qarnın toxdur. Deyəcəksiz bu qız elə bəhanə axtarır üstümüzə ağlamağa. Vallah, belə deyil. Sırf işıqlı bir şey yaza bilmək üçün həftələrdi gözləyirəm. 2016-nın bitməsinə bir-iki qurtum qalmış, kompüter arxasına keçib, sizə şanlı təbrik məktubu yazmaq istədim. O nə dəhşətli sonluq idi, uca Şirvan? Ölüm ölüm dalıyca, kədər-kədər dalıyca gəldi. Adamlar öldü - adamları od apardı, adamları su apardı, mərmi parçaladı. Baxdım ki, bayram bayramlığını mənim uşaqlığımda bitirib, uşaqlarıma ”stoliçni” salatdan savayı heç nə saxlamayıb. Uzun-uzun nağıllar uydurdum, bayram əhval-ruhiyyəsi yaratmaq üçün.

Alınmadı arxadaş. Əlimə düşən hər fürsətdə yolkanın işıqlarını söndürürdüm. Məlum, həyatımızı sığışdırmalı olduğumuz limitlər var artıq. Niyə yazırsan dedim özü özümə. Nə yazırsan? Kimə təsəlli olacaq yazdıqların. Nə deyəcəksən insanlara? Millət vəkillərinin təhqir etdiyi, alçaltdığı, qəzəbləndirdiyi onca insanı sən, Nərmin, necə təsəlli edəcəksən? Uşaqların öldürüldüyü, al qana boyandığı dünyaya yeni il gəlsin, gəlməsin, nə fərq edər? Açığını deyim sizə, üzüm gəlmədi nəsə yazam...

Ümidimi bağladım ki, “yaz gələr yoncalar bitər...” Yeni il gələr unutdurar bizə yaşadığımız ağrıları. Terroru ilə gəldi. Qardaş ölkə qanına bulandı yenə. Həmyerlimiz terrorun qurbanı oldu. Bir də baxdım ki, yekə-yekə kişilər, özü də hansılar ki, ömürlərində bir adamın yaralı barmağına çarə olmayıblar, heç bir ciddi uğurları, müvəffəqiyyətləri yoxdur üstəlik əyləncə anayışları ucuz Bakı arağından içib küçədə onun-bunun dalıyca ağzının suyunu axıtmaqdır, qeyrət damarları tutub, şərh filan yazırlar bu ağrılı ölüm xəbərinə. Yazırlar ki, “Əcəb olub, o qızın orda nə işi vardı...” Telefonumu açıb təqvimə bir də baxdım . 2017-ci il yazılmışdı. 2017-e ay qardaş, 2017... illər heç nəyi dəyişmir, biz yenə də insanlara qarşı önyarğılıyıq, biz yenə də aqressiya saçırıq ətrafa, biz hələ də sevə bilmirik bir birimizi- bir-bizimizin uğuruna sevinə bilmirik. Yıxılanı balta ilə didik-didik edirik. Qəribə məmləkətdir, hər şey bir-birinin cavabı, hər hadisə o birinin alternativi.

Bir neçə həftə əvvəl sinirlərimizin hətta mənliyimizin sarı simini zədələyən millət vəkillərinə ev verildiyi xəbəri təzələdi yaramızı. Qəbullana bilmədik, həzm edə bilmədik, fantaziyamızın çatdığı yerə təhqir etdik. Ancaq birimizin də ağlına gəlmədi ki, bəlkə xəbər yanlışdı? Bəlkə biz önyarğılıyıq? Onları bizi anlamamaqda, bizi təhqir etməkdə günahlandırdığımız halda, elə onlar kimi də davrandıq. Çox keçmədi ki, təkzib xəbəri yayıldı. Dedilər “Belə söhbət yoxdur, sakitləşin. Heç kimə ev verilmir.”

Terror qurbanı olmuş Nuranə haqqında bacısının, rəfiqələrinin dediklərini xatırladım həmən an. “Nuranə yaxşı qız idi, ağıllı qız idi” deyirdilər. Faciəvi şəkildə ölmüş birini, artıq həyatda olmayan birini müdafiə etmək, kütlənin o dəhşət dolu ön yarğısından xilas etmək istəmək ... ağırdır.

Sonra isə bu ev məsələsi ilə bağlı, deputatların açıqlamalarını oxudum, hamısı bir ağızdan deyiblər ki, yalandı, böhtandı, şərdi... Baxdım ki, bir-birimizə inanmırıq, baxdım ki, bir-birimizi anlamırıq, baxdım ki, hamımız bir-birimizin tayıyıq, dostlar.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler