» » Nikah zamanı şahid şərt olsa da...

Nikah zamanı şahid şərt olsa da...

Bölmə: Sosial
Nikah zamanı şahid şərt olsa da...

Nikah bağlanarkən sənəddə həm qadın, həm də kişi tərəfdən nikah şahidi qismində 2 nəfər həmin sənədi imzalayır. Ancaq maraqlıdır ki, onlar sənədi imzalasalar da nə məsuliyyətləri var, nə də öhdəlikləri. Maraqlıdır görəsən bəs onda nikah şahidliyinin mövcud olmasına səbəb nədir? Onlar nikah mərasimlərinin ayrılmaz bir hissəsidir. Bəs onların hər hansı bir məsuliyyəti varm?

"Xalqinfo" xəbər verir ki, XezerXeber sözügedən mövzu ilə bağlı maraqlı süjet hazırlayıb.

Hüquqşünas Xəyal Bəşirov isə bildirir ki, nikah şahidliyi qanunda tam könüllülük prinsipi əsasında öz əksini tapıb və bu prosesdə iştirak edənlarin imzası onları hər hansı bir məsuliyyət altında qoymur.

Yəni belə çıxır ki, bu daha çox simvolik xarakter daşıyır.

Amma dini nikahda isə belə bir tələb var. İlahiyyatçı Ağa Hacıbəyli bildirir ki, dini nikahın həyata keçirilməsi üçün şahidin olması şərtdir.

Amma bununla belə dini nikah şahidlərinin də ailənin gələcəyi ilə bağlı hər hansı bir məsuliyyəti yoxdur.




Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler