» » Niyə məhz mənim qızım ölməli idi?! Niyə o? - Terrorda ölən Nuranənin bacısı

Niyə məhz mənim qızım ölməli idi?! Niyə o? - Terrorda ölən Nuranənin bacısı

Bölmə: Sosial, BLOK XƏBƏR, MANŞET
Niyə məhz mənim qızım ölməli idi?! Niyə o? - Terrorda ölən Nuranənin bacısı

Xəbər verdiyimiz kimi, İstanbulda yeni il gecəsi baş verən terrorda ölən Nuranə Həsənova Bakıda dəfn olunub.

Xalqinfo” xəbər verir ki, Təzə Pir məscidində baş tutan mərasimdə mərhumun bacısı Vüsalə Həsənova da olub. O, Azərbaycanda sosial şəbəkələrdə bacısı haqda gedən müzakirələrdən təəssüfləndiyini dilə gətirib və yerli mətbuata açıqlama verməkdən imtina edib. Vüsalə Həsənova bacısının ölümü barədə danışmaqda çətinlik çəkdiyini qeyd edib:

“Mənim üçün çox ağırdır. Niyə axı bu lənətəgəlmiş terrorizmlə mübarizə aparmırsız?! Niyə məhz mənim qızım ölməli idi?! Niyə o?! Mənim gözəlim... Nuranə hələ cavan, həyat dolu bir qız idi, hamıya kömək edirdi...”

Xatırladaq ki, əslən azərbaycanlı olan Nuranə Həsənova Rusiya vətəndaşı idi və İstanbuldakı “Reina” əyləncə mərkəzinə bayramı qeyd etmək üçün yollanmışdı.(qafqazinfo)


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler