» » Bakıda “dünyanın ən təhlükəli maşın yolu”

Bakıda “dünyanın ən təhlükəli maşın yolu”

Bölmə: Sosial, MARAQLI
Bakıda “dünyanın ən təhlükəli maşın yolu”

Bakının Neftçilər prospektində maraqlı olduğu qədər də təhlükəli hadisə baş verib.

Xalqinfo” xəbər verir ki, prospektdə avtomobillər hərəkətdə olarkən lokomotiv sürücülər üçün nəzərdə tutulmuş zolaqlardan keçib. Bu zaman maşınların hərəkətində maneə yaranıb. Həmin anlar Cavid Sədrəddinzadə adlı vətəndaş tərəfindən çəkilərək sosial mediada paylaşılıb. Qeyd edilir ki, həmin yolda vaqonların hərəkəti haqda xəbərdarlıq edən yol nişanı yoxdur. Yol polisinin də həmin anda prospektdə olmaması məsələni daha da ciddiləşdirib.

Bu hadisə xarici medianın da diqqətinə səbəb olub, həmin xəbərlərdə Azərbaycandakı bu yol “dünyanın ən təhlükəli maşın yolu” başlığı ilə dərc edilib.

Qeyd edək ki, xəbər yayılandan sonra "Azəravtoyol" ASC sözügedən prospektdəki qatar relslərinin ləğvinə başlayıb.(qafqazinfo)


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler