» » "Cəmiyyətimiz çox ciddi təhlükə altındadı" Emin Səfərov


"Cəmiyyətimiz çox ciddi təhlükə altındadı" Emin Səfərov

Bölmə: Sosial, BLOK XƏBƏR, MANŞET
"Cəmiyyətimiz çox ciddi təhlükə altındadı" Emin Səfərov

Emin Səfərov

“Reina” gecə klubunda baş vermiş terror nəticəsində azərbaycanlı Nuranənin dünyasını dəyişməsi bəzilərinin el-aləmə qeyrət dərsi keçməsinə səbəb olub. Bir insanın faciəvi şəkildə ölməsinə belə, “əcəb olub, yaxşı qızın barda nə işi var?” deyirlərsə, deməli, cəmiyyətimiz çox ciddi təhlükə altındadı.

Bəhs etdiyimiz terror ərgən qaqaların beyinlərində error yaradıb. Bunu “beyinlərin erroziyaya uğraması” da adlandırmaq olar. Sözsüz ki, bu, həm də normal təhsilə yiyələnə bilməməyin bədbəxtçiliyidi. Belə durumlarda savadsızlıq normal düşünmənin qarşısına baryer qurur ki, keçmə, oralar sənlik deyil, batarsan!

Məsələyə ən sərt reaksiya bildirənlər arasında əsl üzlərini “dindar” adı altında gizlədənlər də var. Ölkədə Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi, Qafqaz Müsəlmanlarının Ruhani İdarəsi, nə bilim, Bakı Dövlətin İlahiyyat fakultəsi, İslam Universitetinin fəaliyyət göstərməsinə baxmayaraq, cəhalət baş alıb gedir. Özlərini “əsl İslam bu deyil” dediyimiz “din”ə qaptıranların gözünü açmaq olmur. Bir də görürürk ki, bizim dindar qaqamız Suriyada cənnət axtarışına çıxıb. Bəziləri də Qarabağa gedən yolu uzadaraq, onun Kərbəladan keçdiyini düşünür.

Belələri üçün gecə klubu, orada stress atmaq, əylənmək anlayışı yoxdu. Onların fikrinə görə, bu vasitələrdən istifadə edənlər də ya kafirdi, ya da əxlaqsız. Belələrinin yanında bar adı çəkiləndə ağıllarına Bakının mərkəzi küçələrində massaj salonu adı altında fəaliyyət göstərən fahişəxanalar gəlir.

Mərhumu tanımadan, ona “fahişə” damğası vuranlar üçün bara gedib, əylənmək anlayışı səhərdən axşama kimi fəhləlik edib, rayondakının qarnını ac, gözünü yolda qoyub, qazandığı 30-40 manatı aparıb massaj salonunda qarşı cinsin nümayəndəsinin köməyilə “soyuqdəymə” ilə mübarizə aparmaqdan ibarətdi. Və səhər işə getmək üçün cibində yol pulu belə, saxlamayan belələrinin yalnız bir təsəllisi var. İşə piyada getmək bahasına olsa da belə, ötən gecəki "qəhrəmanlığı" salamlaşmadan əvvəl iş yoldaşına qürurla danışmaq təsəllisi: “Qaqan dünən barda bir dənə ceyranla tanış oldu ki, gəl görəsən...”

Belələrinin səmimiyyəti iş xətrinə müştərisinin üzünə təbəssüm yağdıran fahişənin gülüşü qədər saxtadır. İki-üç dəfə massaj salonunda eyni xanımın qəbuluna yazılmaqla ona vurulan, nömrəsini alıb, “awkım, salam, necəsən?” tipli mesaj yazan, qısqanmaq potensialına sahib olan qaqalar, elə bilirlər ki, Biləcəridən o tərəflərdəki barların hamısı elə bunların düşündüyü kimi, “soyuqdəymə”dən yaxa qurtarmaq üçündü...

Təbii ki, heç də hər şey onların düşündüyü kimi deyil. Ən azından Türkiyədə “bar mədəniyyəti” deyilən anlayış var. Və bu anlayış Bakı barlarından dəfələrlə fərqlənir. Ən azından qardaş ölkənin əksər gecə klublarına kişini xanımsız buraxmırlar ki, içəri keçəndə başqasının qadınına baxıb, şuluqluq etməsin. Ən azından kişinin bara şəp-şəplə daxil olmasının qarşısının alınması da ciddiyyətdən xəbər verir ki, bu da terrorun baş verdiyi “Riena”da qızıl qanunlardan biridir.

Onu da bildirim ki, Mehmet Koçarslanın sahibi olduğu “Riena” Türkiyənin ən böyük iki əyləncə məkanından biridir. Buraya ölkənin elit təbəqəsinin nümayəndələri, o cümlədən məşhurlar təşrif buyurur. Giriş bileti 80, divanın biri 3000 türk lirəsi olan gecə klubu Koçarslanın ən balaca qızının adını daşıyır. Dava çıxaranlar, qızlara söz atıb, əxlaqsızlıq edənlər gecə klubunun “qara siyahısı”na düşür və onları bir daha içəri qoymamaqla bağlı tapşırıq verilir. Çünki Koçarslan müsahibələrinin birində qızının adını daşıyan əyləncə məkanının təmiz saxlamaq zorunda olduğunu bildirib.

İndi deyin görək, tərbiyəsiz kimdi? Belə bir məkanda terrorun qurbanı olan Nuranəmi, yoxsa onu tanımadan, ölümünə sevinib, “yaxşı qızın barda nə işi var?” deyə mentalitet dərsi keçənlərmi?


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler