» » Azərbaycana gələn əcnəbi qaçqınların əksəriyyəti Əfqanıstandandır

Azərbaycana gələn əcnəbi qaçqınların əksəriyyəti Əfqanıstandandır

Bölmə: Sosial
Azərbaycana gələn əcnəbi qaçqınların əksəriyyəti Əfqanıstandandır

“Bu il Suriyadan qaçqın düşmüş iki ailə Azərbaycandan sığınacaq almaq üçün müraciət edib. Onların BMT QAK tərəfindən verilmiş himayə məktubu var”.

XalqInfo” xəbər verir ki, bu barədə virtualaz.org-a DMX yanında İctimai Şuranın sәdri, miqrasiya üzrə ekspert Azәr Allahverәnov məlumat verib.

Onun sözlərinə görə, Suriyadan ölkəmizə gələn qaçqın ailələrin sayı çox azdır. Azərbaycana daha çox Əfqanıstan, Çeçenistan, Pakistan, İran və İraqdan qaçqınlar gəlir. “Gələnlərin 47 faizi əfqan, 36 faizi çeçenlərdir. İranlı qaçqınlar isə cəmi 5 faizdir, yerdə qalanlar digər icmalardır”, - A.Allahverənov deyib.

Qeyd edək ki, Suriyada başlanan müharibədən sonra bu ölkəni yüz minlərlə insan tərk edib. Onların mütləq əksəriyyəti müxtəlif Avropa ölkələrində məskunlaşıb.

Onu da xatırladaq ki,hazırda dünyaada 250 milyondan çox miqrant var. Bu isə Yür kürəsində hәr 30 nәfәrdәn birinin miqrant olması demәkdir.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler