» » İtkin neftçilərin axtarışı davam etdirilir -

İtkin neftçilərin axtarışı davam etdirilir - Qərargahdan açıqlama

Bölmə: Sosial
İtkin neftçilərin axtarışı davam etdirilir -

“Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin Neft yığım məntəqəsində baş vermiş hadisə ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Prezidentinin 2016-cı il 16 dekabr tarixli Sərəncamına əsasən, Dövlət Dəniz Administrasiyasının Gəmilərin Hərəkətinin İdarəolunması Milli Mərkəzində Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Dəniz Administrasiyası, SOCAR və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin aparıcı mütəxəssislərindən ibarət tərkibdə yaradılan Qərargah tərəfindən təsdiq edilən plana uyğun olaraq, müəyyənləşdirilən sektorlar üzrə axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

XalqInfo”nun Axtarış-xilasetmə Qərargahına istinadən məlumatına görə, hazırda axtarış–xilasetmə əməliyyatlarının aparıldığı ərazidə küləyin sürətinin güclənməsi, dalğanın hündürlüyünün artmasına baxmayaraq, əməliyyatlar dənizdə və sahilboyu ərazilərdə fasiləsiz olaraq həyata keçirilir. Mövcud hava şəraitinin kiçik həcmli gəmilərin hərəkətinə ciddi maneələr törətdiyini nəzərə alaraq, qərargah tərəfindən, qeyd olunan hava şəraitində texniki göstəriciləri axtarış xilasetmə əməliyyatlarını həyata keçirməyə imkan verən gəmilər həmin əraziyə cəlb edilib. Eyni zamanda, hava şəraiti ilə əlaqədar, mütəxəssislərin rəyinə əsasən, qərargah tərəfindən sahilboyu ərazilərdə axtarış-xilasetmə tədbirlərinin intensiv şəkildə davam etdirilməsi barədə müvafiq təlimat verilib.

Axtarışlar uzunluğu 165 kilometr, eni isə 135 kilometr olan geniş ərazidə həyata keçirilir.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

İtkin neftçilərin axtarışı davam etdirilir -
İtkin neftçilərin axtarışı davam etdirilir -

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler