» » FHN əməkdaşlarına ev verildi

FHN əməkdaşlarına ev verildi

Bölmə: Sosial
FHN əməkdaşlarına ev verildi

Fövqəladə Hallar Nazirliyinin sosial proqramına uyğun olaraq, dekabrın 31-də Bakının Xəzər rayonunun Türkan qəsəbəsində Nazirliyin əməkdaşları üçün inşa olunmuş hər biri beşmərtəbəli, 40 mənzilli iki yaşayış binası istifadəyə verilib.

Nazirliyin mətbuat xidmətindən “Xalqİnfo”ya daxil olan xəbərə görə, mərasimdə fövqəladə hallar nazirinin müavinləri - tibb xidməti general-leytenantı Faiq Tağızadə və general-leytenant Etibar Mirzəyev iştirak ediblər.

Mərasimdə çıxış edən Etibar Mirzəyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə tədbir iştirakçılarını təbrik edib, belə bir əlamətdar günlərdə yeni ili yeni evlərində qarşılayacaq nazirlik əməkdaşlarına və onların ailə üzvlərinə ən xoş arzularını çatdırıb.
Sonra nazir müavini tibb xidməti general-leytenantı Faiq Tağızadə yeni mənzillərin açarlarını sahiblərinə təqdim edib.

Daha sonra binanın rəmzi açılışını bildirən qırmızı lent kəsilib.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler