» » Qrip epidemiyasından xilas yolları - Tövsiyələr

Qrip epidemiyasından xilas yolları - Tövsiyələr

Bölmə: Sosial, BLOK XƏBƏR, MANŞET
Qrip epidemiyasından xilas yolları - Tövsiyələr

Son günlər Azərbaycanda yayılan təhlükəli qrip virusu bütün ailələrdə narahatlıq yaradıb.

Xalqİnfo” xəbər verir ki, bu məqamda professor Aqil Qeybulla qripdən qorunmaq və həmçinin bu virusa yoluxduqan sonra atılmalı olan addımlar haqda tövsiyələrini sosial şəbəkədə paylaşıb. Həmin tövsiyələri təqdim edirik:

Zəruri qeyd: 80-cı illərə qədər Ümumdünya Səhiyyə Təşkilatı karantin və ya xüsusilə təhlükəli infeksiyaların Reyestrinə aşağıdakı 4 infeksiyanı daxil etmişdi:

Taun (Pestis – Plague), Vəba (Cholera), Təbii çiçək (Variola vera – Smallpox) və Sarı qızdırma (Yellow fever).

1980-cı ildə UST Assambleyası Təbii çıçəyi vaksinasiya sayəsində ləğvinə nail olunduğu haqda raport verdi. Hal-hazırda bu infeksiyalar qrupuna Hemolitik qızdırmalar (Denqe, Lassa, Marburq, Ebola, Qərbi Nil qızdırması), ağır kəskin respirator sindrom (SARS) törədən insan qrip virusu da daxildir.

Qrip virusu Ortomyxoviridae ailəsinə daxildir və Influenza A, B, С kimi serotiplərə malikdir. Virusun bu tiplərdən hər biri virion zülalının antigen xassələri ilə fərqlənir. Virusun sərhində antigen xassə daşıyan iki növ zülal müəyyən edilir: Hemaqqlütinin (HA) və Neyraminidaza (NA). Hazırda elmə 16 növ HA və 9 növ NA antigeni məlumdur.

Qripin tipi Dövriliyi Ağırlığı

Serotip А Hər 2-3 ildən bir Ortadan xüsusilə ağır epidemiyaya qədər Serotip В Hər 4-6 ildən bir Orta ağırlıq dərəcəsində epidemiya Serotip С Dövriliyi müəyyən edilməyib Tət-tək xəstələnmələr (epidemiya törətmir) A və B virusları virusun əsas struktur komponentləri olan NA və HA zülal-antigenlərinə malikdir.

C virusunda neyraminidaza (NA) yoxdur, yalnız hemaqlütinin-esteraza zülalına malikdir. Qrip virusunda zülalların xassı dəyişkənliyi (antigen dreyfi) baş verən epidemiyanı uzadan əsas amildir.

1. A virusu insan və heyvanlar üçün ağır epidemiyaya meylliliyi və tələfat törətdiyi üçün daha təhlükəli hesab edilir və H1-dən H16-ya qədər antigenlərlə təmsil oluna bilir. Quş qripinin H5 və H7 serotipi ölümcül sayılır. A2 virusu yoluxmuş insanlarda yayılır.

§ A(H1N1) ştamı – Donuz qripi (1918–1919 –ci illərdə “ispan qripi” adı ilə planetdə 100 milyona yaxın insan həyatına son qymuşdur).
§ A (H1N2) – Quş qripi
§ A (H5N1) – Quş qripi
§ A (H3N2) – Qonkkonq qripi
§ A (H3N8) – it qripi, yalnız itlərdə rast gəlinir, insanlarda qeyd edilməyib.

2. B virusu yalnız insanlarda təsadüf edilir, A virusu kimi ağır epidemiyaya meylli deyil.

3. C virusu da yalnız insanlarda təsadüf edilir, xəstəliyi yüngül keçir və epidemiya törətmir.

Atipik qriplər

§ Bağırsaq qripi rotaviruslar tərəfindən törədilir və qastroenterit və qrip əlamətləri ilə gedir. Yoluxma mənbəyi keyfiyyətsiz, vaxtı keçən qidadır.

§ Tərəvəz qripi – mənşəyi tərəvəzdir. Əslində xəstəliyi törədən enterohemorragik bağırsaq çöpüdür. Xəstəlik qanlı qastroenterit və qrip əlamətləri ilə gedir.

§ Keçi qripi və ya Ky-qızdırma. Xəstəlik viruslarla deyil, bakteriyaların bir növü olan ritketsiyalarla törənir. Bu xəstəlik keçi fermalarında ət və süddən keçir və qrip əlamətləri ilə gedir.

Bütün viruslar kimi qrip virusu da zamanla dəyişikliyə və mutasiyaya uğrayır. Orqanizm ona qarşı əks-cisimlər hazırlayana qədər virus dəyişir və yaranmış əks cisimlər onu tanıya bilmir. Nəticədə virus orqanizmin immune sisteminin zərbsindən yayına bilir və daim xəstəlik törətmyə qadirdir. Hər il qripdən orta hesabla 20-30 min arası insan dünyasını dəyişir.

Adətən payız başlayanda qeyri-stabil havalarda sezon qripi başlayır və yazın ortalarına qədər davam edir. Çünki bu vaxtlar insanlar daha çox qapalı yerlərə toplanırlar, bu da xəstəliyin yayılmasında əsas rol oynayan hava-damcı təmaslarını artırır.

Qripin pandemiyası əsasən yeni ştamlar peyda olan zaman qeydə alınır, bu zaman virus qısa zaman kəsiyi ərzində böyük areala yayıla bilir. Qrip yuxarı tənəffüs yollarının qripəbənzər əlamətlərlə keçən iltihabi proseslərindən (kəskin respirator infeksiyalar, soyuqdəymə xəstəlikləri) daha təhlükəli hesab edilir.

Qrip əlamətləri bunlardır: hərarətin yüksəlməsi, üşütmə, əzələ-oynaq ağrıları, zökəm, öskürək, boğazda ağrı, angina, yorğunluq, halsızlıq, zəiflik. Virus intoksikasiyası ağırlaşmalar törədə (bakterial pnevmoniya, ağ ciyər ödemi, udlaqarxası abses, qulaq və əngin ciblərinin infeksiyaları, görmənin itməsi, xroniki xəstəliklərin kəskinləşməsi) və ölümə gəritə bilər.

Xüsusilə, 65 yaşdan yuxarı insanlar, 2 yaşa qədər olan uşaqlar, xroniki xəstəlikləri (şəkərli diabet, astma, xroniki ürək, ağ ciyər, qara ciyər və böyrək xəstəlikləri) olan insanlar qripə yoluxmağa daha meylli olurlar.

Qripin profilaktikası üçün nə etməli:

1. Cuna maskalardan istifadə etməli (ictimai nəqliyyatda, işdə, kütləvi toplantı yerlərində).
2. Şəxsi gigiyena tədbirlərinə riyaət etməli: əlləri tez-tez sabun və isti su ilə yumalı (xüsusilə yeməkdən öncə);
3. Qapı dəstəyinə, sürahiyə, idarəetmə pultuna və s. əşyalara əl vurduqdan sonra əlləri yumalı.
4. Vitaminoterapiya;
5. Virus əleyhinə vaksinasiya;
Qripə yoluxduqdan sonra nə etməli:
1. Tez yataq rejiminə keçməli;
2. Çoxlu ilıq maye qəbul etmək;
3. Cuna maskalardan istifadə etməli;
4. İstifadə edilən dərmanlar: Antiqrippin, Amantadin, Remantadin, Arbidol,
Tamiflu, Relenza, Zanamivir. Bu dərmanlar virusun yayılmasına müqavimət
göstərir. Onları qrip əlamətləri başlayandan 48 saat sonra atmalı. Təcrübə göstərir
ki, onlar ağırlaşmaları azaldır və xəstəliyin ömrünü qısaldır.
5. Vitaminoterapiya;
6. Həkim təyinatı.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler