» » Şəhidin cəsədinin geri alınması üçün tədbirlər görülür


Şəhidin cəsədinin geri alınması üçün tədbirlər görülür

Bölmə: Sosial, GÜNDƏM
Şəhidin cəsədinin geri alınması üçün tədbirlər görülür

Dekabrın 29-da Azərbaycan Respublikası dövlət sərhədini pozmağa cəhd göstərən Ermənistan silahlı qüvvələrinin kəşfiyyat qrupunun təxribat-pozuculuq fəaliyyətinin qarşısını alarkən baş vermiş döyüşdə şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu, əsgər Qurbanov Çingiz Salman oğlunun cəsədinin qarşı tərəfdən alınması ilə bağlı Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən aidiyyəti beynəlxalq təşkilatlarla birlikdə müvafiq tədbirlər görülür.

Xalqİnfo” xəbə verir ki, Dövlət Komissiyasının yaydığı açıqlamada bildirilir ki, baş vermiş hadisə zamanı Ermənistan tərəfi beynəlxalq humanitar hüquq normalarına hörmətsizlik nümayiş etdirdiyini bir daha əyani şəkildə göstərərək, döyüşdə həlak olmuş Azərbaycan hərbçisinin cəsədinin fotolarını bu ölkəyə məxsus KİV-lərdə və sosial şəbəkələrdə yayıb, Azərbaycan xalqının və həlak olmuş əsgərin ünvanına təhqiramiz ifadələr işlədib. Qarşı tərəf bu hərəkətləri ilə baş vermiş hadisədən yenidən öz çirkin niyyətləri üçün yararlanmağa cəhd edərək, qeyri-humanist simasını bir daha göstərib. Bu bədnam hərəkət Ermənistanın da qoşulduğu 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyalarının tələblərinin kobud şəkildə pozulmasıdır.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası bildirir ki, beynəlxalq hüquqa zidd olan bu hərəkətlərə görə, bütün məsuliyyət Ermənistan hakimiyyətinin üzərinə düşür.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler