» » Sən demə, bədənə banka qoymaq olmaz: "Qan ölür və ciyərlər..."

Sən demə, bədənə banka qoymaq olmaz: "Qan ölür və ciyərlər..."

Bölmə: Sosial, BLOK XƏBƏR, MANŞET
Sən demə, bədənə banka qoymaq olmaz: "Qan ölür və ciyərlər..."

"Türkəçarənin növlərindən biri olan hacamat, yəni soyuqdəymə, ağrılar zamanı bədənin müxtəlif hissələrinə banka qoyulması qətiyyən düzgün deyil".

Xalqİnfo.az xəbər verir ki, bunu "Report"a açıqlamasında fizioterapevt Zaur Əliyev deyib.

Onun sözlərinə görə, bu gün dünyada hacamatdan istifadəyə qadağa qoyulur: "Təəssüf ki, Azərbaycanda bədənin müxtəlif hissələrinə banka qoyulması üsulundan hələ də istifadə olunur. Banka qoymaq insan orqanizmi üçün çox zərərlidir. Əvvəllər onurğa həkimi olmadığından soyuqdəymə, qulunc kimi problemlər yarananda insanların şəfa tapması üçün banka qoyulması üsulundan istifadə edilirdi. Belə ki, həmin dövrdə banka qoyulan yeri çərtib, toplanmış qara qanı çıxarırdılar. Çünki banka qoyulduqdan sonra onun yerində yaranmış qan-toxuma ölür. Həmin qan sonra yavaş-yavaş sovrulur və qaraciyərin yüklənməsinə gətirib çıxarır. Qaraciyər də orqanizmə təzə qan vermək üçün həmin ölmüş qanı özünə çəkir".

Həkim banka qoyulduqdan sonra qaraciyərin yüklənməyə başladığını deyərək, nəticədə insanlarda bu orqanla bağlı şikayətlərin yarandığını bildirib: "İnsanlar qaraciyərlərinin ağrıması, şişməsi, serroz problemlərindən şikayətlənirlər. Qaraciyərin xəstəliklərini yaradan amillərdən biri də banka qoyulması, ölmüş qanla yüklənməsidir. Ona görə də dünyada hacamat yığışdırılır. Hazırda ölkəmizdə qadınlar daha çox banka qoydurur. Amma keçmişdə bankanı qanın təmizlənməsi, uzunömürlü olmaları kişilərə qoyurdular. İndi isə ölmüş qan orqanizmdə qaldığından banka qoymaq məsləhət görülümür".


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler