» » Zakir Qaralov ölüm faktı ilə bağlı istintaqı nəzarətə götürdü -

Zakir Qaralov ölüm faktı ilə bağlı istintaqı nəzarətə götürdü - RƏSMİ

Bölmə: Sosial
Zakir Qaralov ölüm faktı ilə bağlı istintaqı nəzarətə götürdü -

Bu il dekabrın 9-da saat 16 radələrində paytaxtın Sabunçu rayonu ərazisində fəaliyyət göstərən "Küləfirəngi” restoranının qarşısında Bakı şəhər sakini, 1958-ci il təvəllüdlü Qaraxan Ağayevin təxminən 3 metr hündürlüyündə pilləkəndən yıxılaraq aldığı xəsarətlərlə əlaqədar xəstəxanaya yerləşdirilməsi və dekabrın 21-də orada vəfat etməsi faktına görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Xalqİnfo.az Mia.az-a istinadən xəbər verir ki, Bakı Şəhər Prokurorluğundan məlumat verilib.

İş üzrə hadisə yerinə və meyitə məhkəmə-tibb ekspertin iştirakı ilə baxış keçirilib, ölümün səbəblərinin müəyyənləşdirilməsi məqsədi ilə məhkəmə-tibb ekspertizası təyin edilib, şahidlər dindirilib və digər təxirəsalınmaz istintaq hərəkətləri aparılıb.

Cinayət işinin istintaqı Baş Prokurorluğun rəhbərliyi tərəfindən nəzarətə götürülməklə iş üzrə istintaqın davam etdirilməsi Bakı şəhər prokurorluğunun İstintaq idarəsinə tapşırılıb.

Hazırda cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv araşdırılması, o cümlədən mərhumun qəsdən öldürülməsi fərziyyəsi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler