» » İşıq pulunu yeni tariflə ödəmisiz? -

İşıq pulunu yeni tariflə ödəmisiz? - “Azərişıq”dan açıqlama

Bölmə: Sosial
İşıq pulunu yeni tariflə ödəmisiz? -

“Dekabrda yeni tariflə edilmiş ödənişlər Tarif (qiymət) Şurasının qəbul etdiyi yeni güzəştli limitə uyğun tənzimlənəcək”.

Xalqİnfo” xəbər verir ki, bunu "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev Azərtac-a Tarif (qiymət) Şurasının son qərarını şərh edərək bildirib.

"Dekabr ayında 250 kilovat-saatı keçdiklərinə görə istifadə etdikləri hər kilovat-saata 11 qəpik ödəyənlərin hesabını qurumda istifadə olunan sistem avtomatik tənzimləyəcək və 300 kilovat-saata qədər olan hissəni 7 qəpikdən hesablayacaq. Yalnız 300 kilovat-saatı keçəndən sonra 11 qəpik tarifi tətbiq ediləcək. Abonentin ödəmiş olduğu qalan vəsait növbəti günlərdə istifadə etdiyi elektrik enerjisinə uyğun hesablanacaq", - deyə T.Mustafayev qeyd edib.

Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyevin tapşırığına əsasən, Tarif (qiymət) Şurasının iclasında əhali üçün tarifi dəyişməyən təbii qaz üçün təsdiqlənmiş illik istehlak həcmi 1500 kubmetrdən 1700 kubmetrə, aylıq elektrik enerjisinin istehlakının həcmi isə 250 kilovat-saatdan 300 kilovat-saata qaldırılıb.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler