» » Naftalan Sukanal İdarəsinin yeni binasının açılışı olub

Naftalan Sukanal İdarəsinin yeni binasının açılışı olub

Bölmə: Sosial
Naftalan Sukanal İdarəsinin yeni binasının açılışı olub

Azərbaycan hökuməti və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin birgə maliyyələşdirdiyi “Kiçik şəhərlərdə Su Təchizatı və Kanalizasiya Layihəsi” çərçivəsində şəhərin su-kanalizasiya infrastrukturu tamamilə yenidən qurulub, Naftalan Sukanal İdarəsi üçün yeni tikilmiş müasir tipli inzibati bina istifadəyə verilib.

Xalqİnfo” xəbər verir ki, dekabrın 21-də Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin, Yaponiyanın Azərbaycandakı səfirliyinin, “Azərsu” ASC-nin və Naftalan şəhər İcra Hakimiyyəti rəhbərliyinin, həmçinin şəhər ictimaiyyəti nümayəndələrinin iştirakı ilə Naftalan Sukanal İdarəsinin yeni inzibati binasının açılışı olub.
Azərsu” ASC-nin sədr müavini Etibar Məmmədov Prezident İlham Əliyevin təsdiqlədiyi regionların sosial-iqtisadi inkişafı dövlət proqramları çərçivəsində bölgələrdə genişmiqyaslı içməli su və kanalizasiya layihələrinin icra edildiyini bildirib.

Qeyd olunub ki, layihə çərçivəsində Naftalanda 36,8 km içməli su şəbəkəsi yaradılıb, ev birləşmələri verilib, abonentlər sayğacla təmin olunub, şəhərdə 120-dən artıq yanğın hidrantı quraşdırılıb. Bununla paralel olaraq Naftalan şəhərində 39,4 km kanalizasiya şəbəkəsi yaradılıb, 867 kanalizasiya quyusu, 1750 m uzunluğunda kanalizasiya kollektoru inşa edilib.

Layihənin sonuncu mərhələsində Naftalan şəhərində yaranan tullantı sularının təmizlənib zərərsizləşdirilməsi məqsədilə məhsuldarlığı sutkada 6 min kubmetr layihələndirilən tullantı sutəmizləyici qurğunun inşası nəzərdə tutulub. Tullantı sutəmizləyici qurğunun tikintisi üzrə tender elan edilib.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

Naftalan Sukanal İdarəsinin yeni binasının açılışı olub
Naftalan Sukanal İdarəsinin yeni binasının açılışı olub

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler