» » Bakıda sosial sığınacaqlar olacaq

Bakıda sosial sığınacaqlar olacaq

Bölmə: Sosial
Bakıda sosial sığınacaqlar olacaq

“Müəyyən yaşayış yeri olmayan şəxslər üçün sosial sığınacağın hüquqi əsaslarla fəaliyyətə başlaması ilə bağlı müvafiq iş aparılır”.

“Müəyyən yaşayış yeri olmayan şəxslər üçün sosial sığınacağın hüquqi əsaslarla fəaliyyətə başlaması ilə bağlı müvafiq iş aparılır”.

Xalqİnfo” xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev deyib.

O, bildirib ki, əvvəlki illərdə çətin hava şəraitinin müşahidə olunduğu günlərdə müvəqqəti sığınacaqların yaradılması yalnız təşəbbüs əsasında həyata keçirilib. Belə bir tədbirin təşkili Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsində, habelə müvafiq qanunvericilikdə nəzərdə tutulmadığından, 2015-ci ildən müvəqqəti sığınacaqların yaradılması dayandırılıb.

Şöbə müdiri əlavə edib ki, 2014-cü ildə nazirlik belə tədbirlərin təşkilinin məhz normativ hüquqi əsasla tənzimlənməsinin zəruriliyini nəzərə alaraq, çətin hava şəraitində müvəqqəti sığınacaqların və sığınacaqlarda sosial xidmətin təşkilini tənzimləyən qaydanın layihəsini hazırlayıb: “Ötən müddətdə həmin layihənin tam razılaşdırması mümkün olmadığından sosial sığınacağın hüquqi əsaslarla fəaliyyətə başlaması ilə bağlı müvafiq iş aparılır. Yaxın vaxtlarda fəaliyyətə başlayacaq sosial sığınacaqla bağlı ictimaiyyətə əlavə məlumat veriləcək”.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler