» » Həkimlərin bu fotosu haqda - Rəsmi açıqlama

Həkimlərin bu fotosu haqda - Rəsmi açıqlama

Bölmə: Sosial, BLOK XƏBƏR, MANŞET
Həkimlərin bu fotosu haqda - Rəsmi açıqlama

Bu gün sosial şəbəkələrdə Bakı Sağlamlıq Mərkəzinin həkimlərinin iş yerində içki məclisindən fotolar yayımlanıb.

Xalqİnfo” xəbər verir ki, fotoda həkimlərin əllərində içki qədəhlərinin, stolun üzərində isə içki şüşəsinin olması ciddi müzakirələrə səbəb olub. Xanım həkimlərin ağ xalatda olması və boğazlarından iş vəsiqələrinin asılması məclisin iş yerində olması ilə bağlı narahatlıq yaradır.

Məsələ ilə bağlı AzNews.az-a açıqlamasında Bakı Sağlamlıq Mərkəzindən bildirilib ki, sözü gedən foto 3 il bundan əvvəl çəkilib: “Bu, bizim mərkəzdə olmayıb. Tibb işçilərinin peşə bayramında çəkilib.”

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədovanın sözlərinə görə, fotodakı həkimlər peşə bayramlarını qeyd edir: “Onlar peşə bayramlarını restoranda qeyd edirlər.”


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

Həkimlərin bu fotosu haqda - Rəsmi açıqlama

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler