» » FHN-dən neftçilərin axtarışı haqda - Açıqlama

FHN-dən neftçilərin axtarışı haqda - Açıqlama

Bölmə: Sosial, BLOK XƏBƏR, MANŞET
FHN-dən neftçilərin axtarışı haqda - Açıqlama

“Azneft” İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsində yerləşən estakadanın dənizə uçması nəticəsində itkin düsmüş neftçilərin axtarışı davam etdirilir.

Xalqİnfo”nun Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən məlumatına görə, dekabrın 17-də Xəzər dənizində aparılan axtarış işlərində Fövqəladə Hallar Nazirliyi Aviasiya dəstəsinin iki helikopteri, “Vixr-5”, “Vixr-8” və “Svetlomor-2” gəmiləri iştirak edir.

Bununla yanaşı, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin və Mülki müdafiə qoşunlarının şəxsi heyəti sahilboyu ərazilərdə axtarış işlərinə cəlb olunub.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler