» » Büccənizə uyğun istirahət edə biləcəyiniz 10 yer -

Büccənizə uyğun istirahət edə biləcəyiniz 10 yer - SİYAHI

Bölmə: Sosial
Büccənizə uyğun istirahət edə biləcəyiniz 10 yer -

Manatın "ölmə”si, dolların isə qalxması, qiymətlərin bahalaşması insanlarda belə bir fikir formalaşdırıb ki, daha işdən sonra, yaxud qeyri-iş günlərində əyləncə mərkəzlərinə yollanmaq olmaz. Çünki "cib yandıran” qiymətlər gündən-günə artmaqdadır.

Xalqİnfo.az BAKU.WS-ə istinadən insanlarda "istirahət bahadır” stereotiplərini qırmaq məqsədilə alternativ variantar təqdim edir.

Beləliklə, təqdim etdiyimiz 10 istirahət məkanında qiymətlər 15 manatdan yuxarı deyil.

1. Kinoteatrlar

Büccənizə uyğun istirahət edə biləcəyiniz 10 yer -













Hər həftə paytaxt kinoteatrlarında yerli, əcnəbi, rus və ya Türkiyə istehsalı olan müxtəlif janrlı filmlər təqdim olunur. Yəni hər zövqə uyğun filmə baxmaq mümkündür. Biletlərin qiyməti isə saat 10:00-dan 12:00-dək 2D – 3AZN, 3D – 4AZN, 12:00-dən 18:00-dək 2D – 5AZN, 3D – 6AZN, 18:00-dən sonuncu seanslar isə 2D – 6AZN, 3D – 7AZN-dir.

2. Portal Games

Büccənizə uyğun istirahət edə biləcəyiniz 10 yer -













Bu oyun sizi və dostlarınızı gündəlik stresdən çıxarmaq üçün ən yaxşı vasitədir. Oyunun şərtləti çox sadədir: 2-6 nəfərdən ibarət komanda yaradılır. Burada diqqətli olmaq və istənilən durumda tez vəziyyətdən çıxmaq lazımdır. Oyunçu qapalı otaqda olur və ağlı, dərrakəsi sayəsində oradan çıxmağa çalışır. Qalib olmaq üçün isə bir saat ərzində otaqdan çıxmaq gərəkdir. Bu oyunu oynamaq üçün isə qiymət 12-16 manat arasında dəyişir.

3. Peyntbol

Büccənizə uyğun istirahət edə biləcəyiniz 10 yer -













Bu oyun da komanda şəklində həyata keçirilir. Peytnbol həvəskarları "Ulduz” metrosu yaxınlığında yerləşən meydançaya yollana bilərlər. Bu oyun üçün komanda ən azı 10 nəfərdən ibarət olmalıdır. Adamın biri 10 manatdır (Bu qiymətə 100 güllə, geyim və oyunun sonunda pulsuz çay daxildir).

4. Boulinq

Büccənizə uyğun istirahət edə biləcəyiniz 10 yer -













Ucuz istirahət deyəndə ağıla boulinq oyunu da gəlir. Paytaxtın əksər əyləncə mərkəzlərində boulinq zallarına rast gəlmək mümkündür. Bu idman növü də olduqca əyləncəlidir. Ailə üzvlərinizlə və dostlarınızla gözəl həftə sonu keçirmək istəyirsinizə, mütləq boulinq zalına yollanın. Adambaşına 10 AZN xərcləməli olacaqsınız.

5. Teatrlar

Büccənizə uyğun istirahət edə biləcəyiniz 10 yer -













Yox, əgər siz ruh adamısınızsa, mənəvi dinclik istəyirsinizsə teatra yollanın. Bakıda yeni tamaşalar səhnələşdirilən teatrlar kifayət qədərdir. Paytaxt teatrlarında hər büdcəyə uyğun tamaşa tapmaq mümkündür. Kukla teatrında biletin qiyməti cəmi-cümlətani 3 AZN təşkil edir.

6. "50 Qəpik” adlı Çay evi

Büccənizə uyğun istirahət edə biləcəyiniz 10 yer -













"28 May” metrostansiyası yaxınlığında, Süleyman Rüstəm küçəsində yerləşən "50 Qəpik” adlı Çay evi yerləşir. Burada bir finçan çayın qiyməti 50 qəpikdir. Bu çay evində soyuq qış günlərində dostlarınızla oturub, isti çay içib, qızına bilərsiniz.

7. Kafelər

Büccənizə uyğun istirahət edə biləcəyiniz 10 yer -













Bakıda həmçinin çox sayda kafelər var ki, burada adam başına 10 AZN xərcləməklə, istirahət etmək mümkündür. Buna misal olaraq, "Entree", "Rama Sandwich Cafe", "Bazaar Delights Cafe" və başqalarını göstərmək olar. Burada 10 AZN ödəməklə dadlı və doyunca yemək olar.

8. Buz meydançası

Büccənizə uyğun istirahət edə biləcəyiniz 10 yer -













Vaxtı əyləncəli keçirmək üçün buz meydançalarına da getmək olar. Bakıda konki sürmək üçün "ICE” və "Megafun”a yollanmaq lazımdır.
Qiymətlər:

"ICE” buz meydançasında 15 dəqiqə - 5 AZN, 30 dəqiqə - 8 AZN, 1 saat - 15 AZN-dir.

"Megafun”da - 10 dəqiqə - 5 AZN, 30 dəqiqə - 10 AZN, 1 saat - 15 AZN-dir.

9. "Soyuq Əllər, İsti Ürək” qış yarmarkası

Büccənizə uyğun istirahət edə biləcəyiniz 10 yer -













Artıq bir neçə ildir ki, Fontonlar Meydanında ənənəvi "Soyuq Əllər, İsti Ürək” xeyriyyə yarmarkası keçirilir. Bax bu yarmarkada sadəcə, gəzmək olar. Burada gəzən zaman adam özünü sanki nağıllar aləminə düşmüş kimi hiss edir. Yarmarkada əməlli-başlı Yeni il ab-havası hiss olunur.

10. Muzeylər

Büccənizə uyğun istirahət edə biləcəyiniz 10 yer -













Gününüzü və ya həftə sonunuzu xoş keçirmək məqsədilə siz paytaxtda yerləşən muzeylərə də yollana bilərsiniz. Bunun üçün isə 2 AZN xərcləyəcəksiniz.

Və sonda əlavə edək ki, biz sizə ucuz, eyni zamanda səmərəli istirahətin yolarını göstrəməyə çalışdıq. Ümid edirik ki, bələdçisi olduğumuz bu yazı az da olsa istirahət seçimində yardımçınız olacaq.


Əlaqə üçün E-mail: [email protected]

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler