» » At kəsərkən tutuldu -

At kəsərkən tutuldu - İsmayıllıda

Bölmə: Sosial
At kəsərkən tutuldu -

İsmayıllı rayonunda qanunsuz at kəsimi ilə məşğul olan şəxs aşkar edilib.

"Xalqİnfo" xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) insan sağlamlığı və qida təhlükəsizliyi ilə əlaqədar aparılan tədbirləri davam etdirir.

2016-ci il dekabrın 14-də DBNX-nin İsmayıllı Rayon Baytarlıq İdarəsinin və İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən alınmış anonim məlumat əsasında birgə reyd keçirilib.

Reyd nəticəsində İsmayıllı rayon Qubaxəlilli kənd sakini 1967-ci il təvəllüdlü Həsənov Saleh Əmirxan oğlu gizlin şəkildə, qanunsuz olaraq Qubaxəlilli kəndinin qışlağında 3 baş atı kəsərkən aşkar edilib.

Araşdırma zamanı atların mənşəyinə və sağlamlığına dair heç bir müşayiətedici sənədi olmadığı, baytarlıq-sanitariya tələblərinə əməl edilmədən, gizlin şəkildə və antisanitar şəraitdə kəsildiyi müəyyən edilib. Kəsilmiş at cəmdəklərinin çəkisi 210 kq miqdarında olub.

Antisanitar şəraitdə kəsilərkən aşkarlanan at cəmdəklərindən baytarlıq qanunvericiliyinə uyğun nümunələr götürülərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilib.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler