» » “Nanotexnologiyada kəşfə imza atmaq istəyirəm” -

“Nanotexnologiyada kəşfə imza atmaq istəyirəm” - Prezident təqaüdçüsü

Bölmə: Sosial
“Nanotexnologiyada kəşfə imza atmaq istəyirəm” -

Bakı Ali Neft Məktəbinin (BANM) İctimaiyyətlə əlaqələr şöbəsinin “BANM-in prezident təqaüdçülərinə 10 sual” layihəsində sualları BANM-in Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının I kurs tələbəsi Aysu Həmidli cavablandırır.

- Zəhmət olmasa, özünüz haqqında ətraflı məlumat verin.

- Mən Həmidli Aysu Natiq qızı 3 iyul 1999-cu ildə Şəki şəhərində anadan olmuşam. 2005-ci ildə Şəki şəhər liseyində təhsil almağa başlamışam. İkinci sinifdən dördüncü sinfə qədər ibtidai təhsilimi Bakı şəhəri 132 saylı orta məktəbdə almışam. 8-ci sinfə qədər təhsilimi 225 sayli orta məktəbdə davam etdirmişəm. 9-cu sinifdən etibarən təhsilimi Türkiyə Diyanət Vəqfi Bakı Türk liseyində davam etdirərək 2016-cı ildə liseyi əla qiymətlərlə bitirmişəm. 2007-2012-ci illərdə Bakı şəhəri K.Səfərəliyeva adına 16 saylı musiqi məktəbində skripka ixtisası üzrə təhsil almışam və məktəbi qırmızı diplomla bitirmişəm. 2012-ci ildə Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş musiqi yarışmasında birinci yerə layiq görülmüşəm. Bu il BANM-in Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasına daxil olmuşam. Prezident təqaüdçüsüyəm.

- İmtahan geridə qaldı, indi həmin dövrlə bağlı hansı təəssüratlarınızı bizimlə bölüşə bilərsiniz?

- Ailə üzvlərim və müəllimlərim imtahandan öncə mənə çox böyük mənəvi dəstək oldular. Onların sayəsində mən imtahana psixoloji olaraq tam hazır idim və heç bir tərəddüd etmədən imtahanı uğurla başa vurdum.

- Nə qədər bal topladınız?

-İmtahandan 685 bal toplamışam.

- Niyə məhz BANM-i seçdiniz?

- Azərbaycanda güclü təhsil verən universitetlərdən biri olduğu üçün və gələcəkdə işlə təmin olunma şansına görə BANM-i seçdim.

- Ailənizin oxumağınızdakı rolu haqqında nə demək istərdiniz?

- Orta məktəbə getdiyim ilk illərdən bəri ailə üzvlərim hər zaman mənə dəstək olmuşlar. Ailəmlə mənim fikir və arzularımın üst-üstə düşməsi mənim nailiyyətlərimə səbəb olmuşdur.

- Ən böyük arzunuz nədir?

- Ən böyük arzum nanotexnologiya sahəsində böyük bir kəşfə imza atmaq və Azərbaycanı bu sahə üzrə inkişaf etdirməkdir.

- İxtisasınız haqqında nə demək istərdiniz?

- Proseslərin avtomatlaşdırılması bir çox sahələrdə tətbiq olunur və hal-hazırda Azərbaycanda bu sahə üzrə təhsil alan mühəndislərə çox böyük ehtiyac duyulur.

- Hobbiniz nədir?

- Kitab oxumaq , çünki mənim fikrimcə, kitab oxuyaraq insan sadəcə yeni məlumatlar əldə etmir, həmçinin özünü kəşf edir. Skripka çalmaq, çünki musiqidən zövq almağın ən yaxşı yolu mənim üçün budur.

- Başqa hansı maraqlarınız var?

- Ən böyük marağım yapon dilini tam oyrənməkdir və bunu öyrənməkdə məqsədim texnologiya sahəsində en qabaqcıl ölkələrdən biri olan Yaponiyada təhsilimi davam etdirməkdir.

- Hansı janrda kitabları oxuyursunuz?

- Bir çox janrlarda kitablar oxuyuram, ancaq ən çox üstünlük verdiyim elmi fantastika janrına aid olan kitablardır.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler