» » DYP 'qaniçən' əməkdaşla bağlı araşdırma apardığını deyir - Video

DYP 'qaniçən' əməkdaşla bağlı araşdırma apardığını deyir - Video

Bölmə: Sosial, DÜNƏNDƏN-BUGÜNƏ, BLOK XƏBƏR, MANŞET
DYP 'qaniçən' əməkdaşla bağlı araşdırma apardığını deyir - Video

Son günlər saytlarda və sosial şəbəkələrdə Dövlət Yol Polisi (DYP) əməkdaşının sürücü və yaxınlarına kobud davranmasını göstərən video yayılıb. Xalqinfo.az bildirir ki Daxili İşlər Nazirliyinin (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev AzadlıqRadiosuna deyib ki, faktla bağlı Bakı şəhər Dövlət Yol Polisində araşdırma gedir.

«Araşdırmanın nəticəsindən asılı olaraq əməkdaş haqqında müvafiq tədbir görüləcək. Ancaq, hələlik, araşdırma yekunlaşmayıb».

Bakı şəhər Dövlət Yol Polisindənsə araşdırma haqda bilgi ala bilmədik.

Sözügedən videonu Rizvan Nuriyev adlı istifadəçi paylaşıb. Videoda DYP əməkdaşının vətəndaşlarla mübahisə etdiyi, onlara qarşı söyüş və kobud ifadələr işlətdiyi, hətta «Sənin qanını içərəm, itil burdan» dediyi görünür.

«POLİS HEÇ BİR HALDA VƏTƏNDAŞA ADEKVAT CAVAB VERMƏMƏLİDİR»

Keçmiş polis əməkdaşı Mahmud Hacıyev hüquq-mühafizə orqanı işçisinin bu cür davranışının «qanundankənar» olduğunu bildirir: «Polis əməkdaşı vətəndaşla qanun çərçivəsində davranmalıdır. Eyni zamanda, «Polis haqqında» Qanun var, eləcə də hər bir hüquq-mühafizə orqanının daxili təlimatı var, o cümlədən daxili işlər orqanlarının da. Orda da normalar müəyyənləşdirilib. Adi vətəndaşla bu cür davranış nöqsanlıdır, qəbahətdir. Polis vətəndaşın fiziki zor istisna olmaqla digər qanunsuz hərəkətlərinə belə adekvat cavab verməməlidir. Hüquq-mühafizə orqanı əməkdaşı kimi qanun çərçivəsində davranmalıdır, bu axı, iki vətəndaşın «razborkası» deyil».

DYP 'qaniçən' əməkdaşla bağlı araşdırma apardığını deyir - Video












HÜQUQŞÜNAS: «QOLUNU QANDALLAYIB POLİSƏ TƏHVİL VERMƏLİDİR»


Hüquqşünas Ərşad Hüseynov dəqiqləşdirir ki, vətəndaş hətta fiziki zorakılığa yol versə belə, polis ona zorakılıqla cavab verməməlidir. O, dərhal vətəndaşın qoluna qandal taxmalı və hüquq-mühafizə orqanına təqdim etməlidir:

DYP 'qaniçən' əməkdaşla bağlı araşdırma apardığını deyir - Video
















«Vətəndaş təxribat xarakterli əməllər edə bilər, bu mümkündür, lap polis əməkdaşını təhqir edə, hətta fiziki zor tətbiq edə bilər. Bu hallarda polisin hansı cavabı verməsi qanunda aydın göstərilib. Polisin üstündə xüsusi vasitələr, yetərincə də səlahiyyətləri var. Bundan istifadə etmək lazımdır. Yəni, polis vətəndaşı söyməməli, vurmamalı, sadəcə, əlini qandallayaraq daxili işlər orqanına təhvil verməlidir. Orda da raportu yazaraq durumu bildirməlidir».

Hüquqşünasın sözlərinə görə,polisin vətəndaşla söyüşlə, təhqirlə danışması onun peşəkarlığının «sıfırdan aşağı» olduğunu göstərir.

İŞ PROKURORLUĞA GEDƏ BİLƏR

O, polis əməkdaşının necə davranmalı olduğunun, ona verilən səlahiyyət və qoyulan qadağaların da qanunvericilikdə dəqiq, aydın yazıldığını bildirir. Ə.Hüseynovun sözlərinə görə, polis və ya DYP əməkdaşı vətəndaşla qanunda müəyyənləşdirilən çərçivədə davranarsa, bu cür hallar da meydana çıxmaz.

Mahmud Hacıyev son illər hüquq-mühafizə orqanlarında bu cür qeyri-peşəkarların çalışmasına təəssüflənir. O bu cür hallarda DİN[code][/code]-in Daxili Təhqiqatlar Baş İdarəsinin xidməti araşdırma aparmalı olduğunu bildirir. Bunun nəticəsində müəyyən edilir ki, həmin əməkdaşa inzibati cəza verilib işində saxlamaq olar, yoxsa orqandan xaric edilməlidir. Hətta cinayət tərkibi olarsa, iş prokurorluğa göndərilə bilər.





Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler