Üzü limon dilimi ilə silməyin 5 faydasıBölmə: Sosial
Limon üz dərisinə çox müsbət təsir edir və bu səbəbdən bir çox kosmetik maskaların tərkibində geniş istifadə olunur. Dəriniz yağlıdırsa hər səhər və axşam üzünüzü limon dilimi ilə silin. Bu sadə prosedurun bir çox faydası var: 1. Limon şirəsi dərinin rəngini yaxşılaşdırır, dərini ağardır, piqment ləkələri, çilləri görünməz edir. 2. Limon şirəsi güclü antiseptik xüsusiyyətlərə malikdir və bu səbəbdən dərini yaxşı təmizləyir, civzələr və sızanaqların azalmasına kömək edir. 3. Yağlı dərinin pis parıltısını götürür, dərini qurudur, məsamələri daraldır. 4. Dərini tonuslaşdırır, yorğunluq izlərini azaldır. 5. Antioksidantlarla (xüsusi C vitamini ilə) zəngin olduğundan dərini cavanlaşdırır, erkən qırışların əmələ gəlməsinin qarşısını alır. Dəriniz qurudursa, limon şirəsi onu daha quru dəcək. Bu səbəbdən limon dilimini əvvəl xamaya və ya qaymağa batırın və sonra üzünüzü silin. Əlaqə üçün E-mail: xalqinfo@mail.ru BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|