» » Aktauda ümummilli liderin xatirəsi anılıb -

Aktauda ümummilli liderin xatirəsi anılıb - Fotolar

Bölmə: Sosial
Aktauda ümummilli liderin xatirəsi anılıb -

9 dekabrda Qazaxıstanın Aktau şəhərində Azərbaycanın Baş konsulluğu tərəfindən ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib.

Xalqİnfo.az xəbər verir ki, Baş konsulluqdan Trend-ə verilən məlumata görə, tədbirdə Manqistau vilayətində fəaliyyət göstərən azərbaycanlıların "Dostluq" milli-mədəni cəmiyyətinin üzvləri, "Azərbaycanın Qazaxıstanda biznes investisiyası Assosiasiyası"nın (ABİA) üzvləri, Ş.Yesenov adına Kaspi Dövlət Texnologiya və Mühəndislik Universitetinin tələbələri iştirak ediblər.

Ulu öndərə həsr olunmuş foto və kitab sərgisi təşkil olunub.

Tədbirin açılışında ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra baş konsul Elxan Zeynalov çıxış edərək, görkəmli dövlət xadimi Heydər Əliyevin həyat və fəaliyyəti haqqında, onun müstəqil Azərbaycanın qurulması və möhkəmlənməsində gördüyü əvəz olunmaz xidmətlərindən, Heydər Əliyevin qoyduğu və bu gün Azərbaycan prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasət nəticəsində ölkəmizin qazandığı nailiyyətlər haqqında danışıb.

Azərbaycanlıların "Dostluq" milli-mədəni cəmiyyətinin üzvlərindən professor Yusif Quliyev, istefada olan mayor Bəxtiyar Məsimov çıxışlarında ümummilli lider Heydər Əliyevin xaricdə yaşayan azərbaycanlılara göstərdiyi diqqət və qayğıdan danışıblar.

Çıxışlardan sonra Aktau şəhərinin 6 saylı məktəbində fəaliyyət göstərən Azərbaycan dilini, ədəbiyyatını və tarixini tədris edən "Bazar günü" məktəbinin şagirdləri ulu öndərə həsr olunmuş şeirlər söyləyiblər.

Tədbirin sonunda Heydər Əilevin həyat və fəaliyyətinə həsr olunmuş sənədli film nümayiş etdirilib.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

Aktauda ümummilli liderin xatirəsi anılıb -
Aktauda ümummilli liderin xatirəsi anılıb -
Aktauda ümummilli liderin xatirəsi anılıb -
Aktauda ümummilli liderin xatirəsi anılıb -
Aktauda ümummilli liderin xatirəsi anılıb -
Aktauda ümummilli liderin xatirəsi anılıb -
Aktauda ümummilli liderin xatirəsi anılıb -
Aktauda ümummilli liderin xatirəsi anılıb -

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler