» » Ramil Usubov Sumqayıtda görüş keçirdi

Ramil Usubov Sumqayıtda görüş keçirdi

Bölmə: Sosial
Ramil Usubov Sumqayıtda görüş keçirdi

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Sumqayıt şəhərində növbəti qəbul keçirib.

Xalqİnfo.az xəbər verir ki, nazirliyin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, görüş Şəhər Polis İdarəsində olub.

Qəbulda nazir Sumqayıt, Abşeron, Qobustan, Qubadlı və Zəngilan şəhər və rayonlarının qəbul üçün müraciət edən 42 sakini ilə görüşüb. Nazir sakinlərin polis orqanlarının fəaliyyəti ilə bağlı müraciətlərini şəxsən dinləyib, problemlərinin qanunvericiliyə uyğun, operativ şəkildə həlli üçün aidiyyatı Baş İdarə və xidmət, həmçinin ərazi polis orqanlarının rəislərinə konkret tapşırıqlar verib. Müraciətlərin böyük əksəriyyəti elə yerindəcə öz həllini tapıb.

Qəbulda iştirak edənlər yerlərdə vətəndaşlarla dövlət məmurlarının görüşməsi, onların müraciətlərinə, ərizə və şikayətlərinə operativ, həssaslıqla yanaşılması barədə dövlət başçısının məlum tapşırığının yüksək səviyyədə icrasına, problemlərinə hər zaman xüsusi diqqət və qayğı göstərilməsinə görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler