» » Nazir vətəndaşları qəbul edib

Nazir vətəndaşları qəbul edib

Bölmə: Sosial
Nazir vətəndaşları qəbul edib

Prezident İlham Əliyevin tapşırıq və tövsiyəsinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam edir.

Dekabrın 9-da rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Neftçaladakı Heydər Əliyev Mərkəzində vətəndaşlarla görüşüb. Xalqİnfo.az xəbər verir ki, nazir Ramin Quluzadə və Neftçala Rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev əvvəlcə rayonun mərkəzində ulu öndər Heydər Əliyevin abidəsi önünə gül-çiçək qoyub, xatirəsinə ehtiramla yad ediblər.

Sonra nazir Neftçala, Salyan, Biləsuvar, Cəlilabad və Cəbrayıl rayonlarından olan əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edib.

Vətəndaşların müraciətlərində qaldırılan problemlərin əksəriyyəti yerində həllini tapıb. Nazir Ramin Quluzadə digər müraciətlərin həlli ilə bağlı müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verib.

Görüşdə nazirliyin fəaliyyət dairəsinə aid olmayan məsələlərlə bağlı müraciətlər də qeydiyyata alınıb. Həmin müraciətlərin müvafiq qurumlara göndərilməsi təmin olunacaq. Qəbuldan sonra aidiyyəti rayonların telekommunikasiya qovşaqlarının və poçt filiallarının rəhbərlərinin iştirakı ilə müşavirə keçirilib.

Sektor üzrə mövcud durum, çatışmazlıqlar, nöqsanlar, xidmət keyfiyyəti, vətəndaş şikayətləri üzrə geniş müzakirələrin aparıldığı müşavirədə həyata keçirilən islahatların vətəndaş məmnunluğu və xidmət keyfiyyətinin yüksəldilməsinə yönəldiyi diqqətə çatdırılıb. Tədbirdə nazir Ramin Quluzadə müvafiq sahə rəhbərlərinə işlərində ciddi dönüş yaratmaları ilə bağlı tapşırıqlar verib.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler