» » Gediş haqqını nağd alan sürücü işdən çıxarıldı

Gediş haqqını nağd alan sürücü işdən çıxarıldı

Bölmə: Sosial
Gediş haqqını nağd alan sürücü işdən çıxarıldı

Bakıda sərnişindaşıma ilə məşğul olan şirkətlərdən birinin sürücüsü işdən azad edilib.

Xalqİnfo” xəbər verir ki, Bakı Nəqliyyat Agentliyindən (BNA) hafta.az-a verilən məlumata görə, buna sərnişin tərəfindən daxil olmuş şikayət səbəb olub.

BNA-ya daxil olan şikayətdə deyilir:

“88 nömrəli marşrutda nağdsız ödəniş sisteminin tətbiq edilməsinə baxmayaraq, bu marşrut üzrə hərəkət edən 10 TH 401 dövlət nömrə nişanlı avtobusun sürücüsü gediş haqqını sərnişinlərdən nağd şəkildə qəbul edib”.

Daxil olan şikayət və videofakt qurum tərəfindən araşdırılıb və BNA-nın iradı əsasında daşıyıcı şirkət tərəfindən sürücü E. İsmayılov işdən azad edilib. Həmçinin daşıyıcı şirkət tərəfindən əmək kollektivi ilə toplantı keçirilib, sürücülər sərnişindaşıma qaydalarına riayət edilməsi barədə təlimatlandırılıb.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler