» » “Əsas problemlərdən biri məktəblərdəki istilik sistemidir” -

“Əsas problemlərdən biri məktəblərdəki istilik sistemidir” - Mikayıl Cabbarov

Bölmə: Sosial
“Əsas problemlərdən biri məktəblərdəki istilik sistemidir” -

“Təhsil sahəsində islahatların aparılması 2013-cü ildə ölkə başçısı tərəfindən qəbul edilən təhsil strategiyasına əsasən həyata keçirilir. Bu fəaliyyəti başlayarkən problemlərin kökünü araşdırmaq üçün bir sıra təhlil işləri həyata keçirdik ki, bu işlər nəticəsində əmək haqlarının aşağı olması, işə qəbul sahəsində çətinliklər, bir çox hallarda pərakanədəlik, saxta diplom hallarına da rast gəldik”.

Xalqİnfo” xəbər verir ki, bunu Təhsil naziri Mikayıl Cabbarov Milli Məclisin plenar iclasında 2017-ci ilin büdcə zərfinin müzakirəsi zamanı deyib. O, bildirib ki, ali təhsil sahəsində köçürmələrlə bağlı vəziyyət qeyri-qənaətbəxş idi ki, bu da akademik nəticələrə təsir edərək ildən-ilə müşahidə edilən, 10 il müddətinidə qəbul imtahanlarının aşağı salınmasına gətirib çıxarmışdı: “Bunların qarşısının alınması üçün ölkədə vahid idarətetmə sistemi yaradıldı. Görülən işlərin nəticəsində hazırda müəllimlərin əmək haqları orta əmək haqlarına yaxınlaşır”.

Onun sözlərinə görə, təhsil sahəsində digər həyata keçirilən islahat məktəbə hazırlığın əhatə dairəsinin kəskin şəkildə artırılmağıdır: "Artıq 2 il müddətində başlanan layihə bu ilin oktyabr ayında dövlət büdcəsi hesabına həyata keçirilən layihə kimi fəaliyyətə başlayıb. Bütün məktəblərdə məkətəbəhazırlıq qrupları fəaliyyətə başlayıb. Əsas problemlərdən biri məktəblərdə istilik sistemi ilə bağlıdır ki, burada da bununla bağlı müxətlif fikirlər səslənib. Ölkə başçısının və baş nazirin dəstəyi ilə SOCAR və “Azəriqaz”la çalışaraq qazla təchiz olunmuş məktəblərdə bu məsələnin bu mövsümdə həllinə nail olmuşuq. Növbəti 2 il müddətində kəndlərdə yerləşən məktəblərin maddi-texniki bazasının müasirləşdirilməsi nəzərdə tutulub. 230-dan çox modul tipli məktəblərin quraşdırılması planlaşdırılır. Tələbə-kredit sistemləri həyata keçirlir ki, bu il 232 məktəb direktoru region məktəblərinə təyinat alıb. Görülən işlərin məntiqi nəticəsidir ki, 3 il müddətində qəbul imtahanlarında akademik nəticələr yaxşılaşıb. Bu ilin 9-cu sinif şagirdlərinin buraxılış imtahanları fərqli olacaq. İlin 11 ayı ərzində 7 rayon üzrə təhsil şöbəsinin fəaliyyəti qeyri-qənaətbəxş hesab edildiyi üçün həmin idarələrdə kadr dəyişikliyi edilib. Yaxın illərdə ali məktəblərin optimallaşdırılması məsələsinə baxılacaq”.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler