» » Dənizdə boğulanların əksəriyyəti uşaqlardır

Dənizdə boğulanların əksəriyyəti uşaqlardır

Bölmə: Sosial
Dənizdə boğulanların əksəriyyəti uşaqlardır

Bakıda son 54 gün ərzində 41 nəfərin suda boğulması ilə bağlı təcili tibbi yardıma müraciət daxil olub.

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (BŞTTTYS) Operativ işlər üzrə şöbəsinin böyük həkimi Zemfira Vahidovanın AzNews.az-a verdiyi məlumata görə, müraciət edənlərdən 20 nəfəri dünyasını dəyişib, 18-i xəstəxanaya çatdırılıb, 3-nə isə yerindəcə yardım göstərilib.

Z. Vahidova bildirib ki, mayın 19-dan bu günədək Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Sularda Xilasetmə Xidməti (DSXX) və stansiyanın əməkdaşları ilə birgə Bakının 15 çimərliyində hər gün saat 9:00-dan 21:00-dək vətəndaşların təhlükəsizliyi üçün xidmət göstərilir. Təcili Tibbi Yardım Stansiyasının həkim briqadaları çimərliklərdə növbədə olur.

Həkim ötən ilin eyni dövrü ilə müqayisədə bu il suda boğulma ilə bağlı təcili yardıma müraciət edənlərin sayında çoxalma olduğunu da qeyd edib.

O, vətəndaşlara xəbərdarlıq da edib: “Ötən illə müqayisədə boğulanların əksəriyyəti uşaqlardır. Bu baxımdan da hər bir valideyin uşağına dənizdə çimərkən ehtiyatlı olmağı tapşırmalı və nəzrəti itirməməlidir. FHN-nin müvafiq tövsiyə və tələblərinə də riayət olunmalıdır. Bir sözlə, dənizdə çimərkən qaydalara riayət edilməlidir”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler