» » İş axtaran ali təhsilli gənclərin məşğulluğuna dəstək prosesi genişləndirilir

İş axtaran ali təhsilli gənclərin məşğulluğuna dəstək prosesi genişləndirilir

Bölmə: Sosial
İş axtaran ali təhsilli gənclərin məşğulluğuna dəstək prosesi genişləndirilir

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) Beynəlxalq Əmək Təşkilatı (BƏT) ilə birgə reallaşdırdığı “Təhsildən məşğulluğa: gənc, ali təhsilli, ilk dəfə iş axtaranlara dəstək” pilot layihəsinin müsbət nəticələrini respublika miqyasında tətbiq etmək niyyətindədir.
«Xəbərservis» Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən məlumat verir ki, bununla əlaqədar ƏƏSMN tərəfindən müvafiq təkliflərin hazırlanaraq hökumətə təqdim olunması nəzərdə tutulur.
Azərbaycanda əhalinin, xüsusən gənclərin məşğulluğu sahəsində aparılan fəal siyasət bu sahədə BƏT-in ölkəmizlə əməkdaşlığına stimul yaradıb. Azərbaycan bu təşkilatın “MDB ölkələrində gənclərin məşğulluğu sahəsində əməkdaşlıq” layihəsinə cəlb olunub. Həmin layihə əsasında ölkəmizdə “Təhsildən məşğulluğa: gənc, ali təhsilli, ilk dəfə iş axtaranlara dəstək” pilot layihəsinin icrasına başlanılıb. Bu layihə çərçivəsində ilk dəfə iş axtaran kimi məşğulluq mərkəzlərində qeydiyyatda olan ali təhsilli 15 gənclə işəgötürənlər arasında həmin gənclərin ilk 6 ay ərzində əmək haqlarının yarısının subsidiya şəklində BƏT-in maliyyə dəstəyi ilə ödənilməsi şərti əsasında əmək müqavilələri imzalanıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler