» » Müvəqqəti sığınacaqlarla bağlı qaydalar hazırlanıb

Müvəqqəti sığınacaqlarla bağlı qaydalar hazırlanıb

Bölmə: Sosial
Müvəqqəti sığınacaqlarla bağlı qaydalar hazırlanıb

Əvvəlki illərin qış mövsümlərində çətin hava şəraitinin hökm sürdüyü vaxtlarda, yəni temperaturun sıfır dərəcədən aşağı düşdüyü qarlı-şaxtalı günlərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşəbbüsü ilə Bakı şəhərinin rayonlarında və Sumqayıt şəhərində müvəqqəti sığınacaqlar təşkil edilib.

"Xalqİnfo" xəbər verir ki, bunu qafqazinfo-ya açıqlamasında nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev deyib. O bildirib ki, həmin sığınacaqlarda müəyyən yaşayış yeri olmayan, yaxud hava şəraiti ilə əlaqədar yaşayış yerinə getməkdə çətinlik çəkən şəxslər qəbul edilərək, zəruri qida məhsulları, lazım gəldikdə tibbi xidmətlərlə təmin ediliblər.

O vurğulayıb ki, əvvəlki illərdə çətin hava şəraitinin hökm sürdüyü günlərdə müvəqqəti sığınacaqların yaradılması yalnız təşəbbüs əsasında həyata keçirilib: “Belə bir tədbirin təşkili Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsində, habelə müvafiq qanunvericilikdə nəzərdə tutulmadığından, 2015-ci ildən müvəqqəti sığınacaqların yaradılması dayandırılıb”.

Şöbə müdiri əlavə edib ki, 2014-cü ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi belə tədbirlərin təşkilinin məhz normativ hüquqi əsasla tənzimlənməsinin zəruriliyini nəzərə alaraq, çətin hava şəraitində müvəqqəti sığınacaqların və sığınacaqlarda sosial xidmətin təşkilini tənzimləyən Qaydanın layihəsini hazırlayıb. Təəssüf ki, ötən müddətdə həmin layihəni aidiyyəti dövlət qurumları ilə razılaşdırmaq mümkün olmayıb: “Əgər həmin layihə razılaşdırılaraq təsdiq edilərsə, havanın temperaturunun azı 45 dərəcə isti və ilin soyuq vaxtlarında sıfır dərəcədən aşağı olduğu hallarda (çətin hava şəraitində) müəyyən yaşayış yeri olmayan və yaxud hava şəraiti ilə əlaqədar yaşayış yerinə getməkdə çətinlik çəkən şəxslər üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müvəqqəti sığınacaqların təşkili həyata keçiriləcək”.


Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler