» » II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirilir

II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirilir

Bölmə: Sosial
II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirilir
Bu gün 2014/2015-ci tədris ili üçün ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən cari ilin məzunları üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirilir.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, imtahan respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 54 binada təşkil olunub.

İmtahanların idarə olunmasına 238 imtahan rəhbəri və orta ümumtəhsil müəssisələrindən 2589 nəzarətçi-müəllim cəlb edilib.

İmtahanda 31326 abituriyentin iştirakı nəzərdə tutulur.

Onlardan 15562 abituriyent II qrup üzrə, 15764 abituriyent III qrup üzrə imtahan verəcək. Abituriyentlərdən 28178 nəfəri (II qrup üzrə 13689 nəfər, III qrup üzrə 14489 nəfər) Azərbaycan bölməsinin, 3148 nəfəri (II qrup üzrə 1873 nəfər, III qrup üzrə 1275 nəfər) isə rus bölməsinin məzunudur. Abituriyentlərin 13824 nəfəri (II qrup üzrə 9710 nəfər, III qrup üzrə 4114 nəfər) oğlanlar, 17502 nəfəri (II qrup üzrə 5852 nəfər, III qrup üzrə 11650 nəfər) isə qızlardır. 24 nəfər ali təhsil müəssisələrinin, 1620 nəfər isə orta ixtisas təhsili müəssisələrinin məzunlarıdır. 158 abituriyent xarici ölkələrin vətəndaşıdır. Ən yaşlı abituriyent 1990-cı ildən, ən gənci isə 1997-ci ildəndir.

İmtahan bütün binalarda eyni vaxtda - saat 11:00-da başlayacaq və 3 saat davam edəcək.

İmtahan başa çatdıqdan dərhal sonra müstəqil ekspertlər tərəfindən test suallarının ekspertizası aparılacaq. İmtahanda istifadə olunmuş sualların düzgün cavabları eyni zamanda TQDK-nın internet saytında və “Facebook” səhifəsində yerləşdiriləcək. İmtahan vermiş abituriyentlərin cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr və hər bir abituriyentin cavab kartının qrafik təsviri TQDK-nın internet saytında yerləşdiriləcək. Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla iş nömrələrini 7727 nömrəsinə göndərməklə öyrənə biləcəklər.

Qeyd edək ki, bütün qruplar üzrə müsabiqədə iştirak hüququ qazanan abituriyentlərin (həm əvvəlki, həm də cari ilin məzunları) ixtisas seçimi internet vasitəsilə iyulun 24-dən avqustun 5-dək aparılacaq. Tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə daxil olmaq istəyən və müsabiqə şərtlərini ödəyən abituriyentlər ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri elan olunduqdan sonra avqustun 8-dən 13-dək elektron ərizələrinə daxil olub, orta ixtisas təhsili müəssisələrinin ixtisaslarını seçə biləcəklər.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler