» » `Yüzlərlə insan ziyarət adı ilə xaricə aparılır` - Komitə sədri

`Yüzlərlə insan ziyarət adı ilə xaricə aparılır` - Komitə sədri

Bölmə: Sosial, BLOK XƏBƏR, MANŞET
`Yüzlərlə insan ziyarət adı ilə xaricə aparılır` - Komitə sədri

Azərbaycanda dini yerlərə ziyarət təşkil edənlər, ora gedənlər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin razılığını almalıdır.

Xalqİnfo.az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı İraq-İran sərhədində 500 azərbaycanlı zəvvarın saxlanılması məsələsinə münasibət bildirərəkən deyib. Onun sözlərinə görə, Azərbaycanda dini yerlərlə, ziyarətlərlə əlaqədar qaydalar var:

“Ziyarəti təşkil edən şirkətlər Dövlət Komitəsinin razılığını aldıqdan sonra bu fəaliyyəti həyata keçirməlidir. Burada yalnız Həcc ziyarəti istisnadır. Həcc ziyarəti Qafqaz Müsəlmanları İdarəsinin icazəsi ilə həyata keçirilir. Digər dini yerlərə getmək üçün Dövlət Komitəsindən icazə almaq lazımdır. Amma çox təəssüf ki, bu şirkətlər belə hərəkətlərini qeyri-qanuni həyata keçirirlər. Burada onlar viza problemləri ilə üzləşirlər".

M.Qurbanlı bildirib ki, hazırda bu məsələ ilə bağlı araşdırma aparılır: "Həmin qruplar ziyarətə aparılırsa, kimlərin getməsi məsələsi aydınlaşdırılmalıdır. Çünki yüzlərlə insan ziyarət adı altında xarici ölkələrə aparılır və müəyyən qruplar tərəfindən təsir altına alınır. Kərbalaya ziyarət üçün dövlət məhdudiyyət qoymaq fikirində deyilik. Lakin bu ziyarətlərin təşkilində nizam-intizam olmalıdır. Biz bilməliyik ki, yüzlərlə vətəndaşımız hara gedir və bu ziyatələrdə məsuliyyət kimin üzərindədir”.


Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler