» » Azərbaycan və Rusiya gömrükçüləri arasında görüş

Azərbaycan və Rusiya gömrükçüləri arasında görüş

Bölmə: Sosial, GÜNDƏM
Azərbaycan və Rusiya gömrükçüləri arasında görüş

Bu gün 18-də Rusiya-Azərbaycan sərhədində yerləşən “Yaraq Qazmalar” sərhəd-keçid məntəqəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsi və Rusiya Federasiyası Federal Gömrük Xidməti Şimali Qafqaz Gömrük İdarəsinin əməkdaşları arasında növbəti işçi görüş keçirilib.

Xalqİnfo.az xəbər verir ki, Gömrük Komitəsinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, Xaçmaz Gömrük İdarəsinin rəisi Azər Məmmədov və Dağıstan Gömrük İdarəsinin rəisi Ruslan Yəhyayevin rəhbərliyi ilə nümayəndə heyətlərinin qatıldığı toplantıda Xaçmaz Gömrük İdarəsinin “Samur” və Rusiya tərəfində yerləşən “Yaraq Qazmalar” sərhəd-keçid məntəqələrində avtonəqliyyat vasitələrinin keçidinin təmin olunmasıyla bağlı vəziyyət müzakirə olunub.

Görüşdə son günlər sərhəddə avtonəqliyyat vasitələrinin sıxlığının yaranma səbəbləri, sıxlığın aradan qaldırılma üsulları və bu sahədə həyata keçirilən qarşılıqlı səylər haqda danışılıb. Bildirilib ki, sıxlığın yaranmasının səbəblərindən biri mövsümlə əlaqədar Rusiya Federasiyasına kənd təsərrüfatı məhsulları daşıyan avtomobillərin sayının artmasıdır.

Tərəflər qarşılıqlı əməkdaşlıq və məlumat mübadiləsinin gücləndirilməsinin ümumi işə fayda verəcəyini ifadə ediblər.

Sonda işçi görüşün protokolu imzalanıb.


Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler