» » Əflatun Amaşov Jurnalistka fakültəsində olub

Əflatun Amaşov Jurnalistka fakültəsində olub

Bölmə: Sosial
Əflatun Amaşov Jurnalistka fakültəsində olub

Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov Jurnalistka fakültəsində olub.

Xalqİnfo.az bildirir ki, "Qafqazinfo"ya daxil olan məlumata görə, fakültə əməkdaşlarının iştirak etdiyi görüşdə Jurnalistika fakültəsinin dekan əvəzi, professor Cahangir Məmmədli Mətbuat Şurası ilə əməkdaşlıq məsələləri, birgə layihələrin reallaşdırılması perspektivlərini müzakirə edib.

Görüş zamanı Jurnalistika fakültəsinin fəaliyyəti ilə bağlı bir sıra təkliflər səsləndirilib. Əflatun Amaşov bu istiqamətdə ali təhsil müəssisələrinin iştirakı ilə qısametrajlı sənədli filmlər üzrə müsabiqələrin keçirilməsi, məktəblilər arasında yazı qaliblərinin təyin olunması, Jurnalistika fakültəsinin təsis etdiyi "Jurnalist" qəzetinin istehsal və yayımının genişləndirilməsi kimi fikirlər səsləndirib.

Görüşün keçirilməsindən məmnunluğunu ifadə edən Əflatun Amaşov Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsi ilə əməkdaşlıq əlaqələrinin uğurlu olacağına əminliyini ifadə edib.


Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

Əflatun Amaşov Jurnalistka fakültəsində olub
Əflatun Amaşov Jurnalistka fakültəsində olub

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler